Foqts: “Elə bil 40 dərəcə istidə oynamırdıq”

Foqts: “Elə bil 40 dərəcə istidə oynamırdıq”
ÖLKƏ FUTBOLU 15 Avqust 2012 / 20:16 4017
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Bəhreyn yığmasıyla yoxlama oyunundan (3:0) sonra mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis ilk növbədə isti havada stadiona gələn azarkeşlərə təşəkkür edib: “Bu qələbəmizi də həmin azarkeşlərə həsr edirik”.

Foqts komandasının oyunundan çox razı qaldığını deyib: “Elə bil 40 dərəcə istidə oynamırdıq. Futbolçular çox istəkli və əzmkar idi. Rəqibə heç bir şans vermədik”.

Bununla yanaşı, Foqts narazı da qalmayıb: “Müdafiədə müəyyən səhvlər oldu ki, dünya çempionatının seçmə mərhələsində İsrailə qarşı bu cür səhvlər etmək olmaz. Ümumilikdə düşünürəm ki, İsraillə oyun qabağı vacib qələbə qazandıq”.


Son xəbərlər
01.06.26  20:47

Enrike, Arteta...

topaz banner