"Bakı"nın yeni transferləri danışdı (VİDEO)

VİDEO 15 Avqust 2012 / 17:48 2628
-  A +

"Bakı" klubu yay transfer pəncərəsində heyətinə qatdığı futbolçular Vazgelis Mantsios və Leandro Rodriqo Beçerra klubun televiziyasına təəssüratlarını bölüşüblər.
 
Mantsios peşəkar karyerasına “Panionios” klubunda başlayıb. 4 mövsüm (2001-2005) bu klubda çıxış edən hücumçu 70 oyunda 15 qola imza atıb. 2005-ci ildə Yunanıstanın böyük klublarından biri olan “Panatinaykos”a keçən futbolçu 6 il (2011-ci ilə qədər icarə fasilələri ilə birlikdə) 68 oyun keçirib və qol vurub.

Mantsios 2008-ci ildə Almaniyanın “Ayntraxt” (10 oyun, 1 qol), 2010-cu ildə Cənubi Kiprin “Anortosis” (14 oyun, 9 qol) və 2011-ci ildə Portuqaliyanın “Maritimo” (1 oyun) klublarına icarəyə verilib. 29 yaşlı forvard 2011-2012-ci illər mövsümündə OFİ Krit klubunun şərəfini qoruyub. Mantsios ada təmsilçisinin heyətində 22 oyuna çıxıb, 7 qola imza atıb. Cari mövsümdən etibarən "Bakı"nın heyətinə cəlb olunan Vangelis Mantsiosun boyu 191 sm. şəkisi 81 kiloqramdır. Mantsios 2006-cı ildə Yunanıstan milli komandasının heyətində debüt edib və milli formada 7 oyun keçirib.
 
Leandro Rodriqo Beçerra 1984-cü ilin 26 yanvar günündə Kordobada (Argentina) anadan olub. 2005-ci ildə peşəkar futbolda ilk qədəmlərini atan "Çuço" ləqəbli futbolçu Meksikanın "Merida" klubunda çıxış edib. 2006-cı ildə ABŞ-ın "DC United" klubna transfer olunub. Beçerra növbəti 5 il ərzində Argentina klublarının şərəfini qoruyub.

"Atletico Rafaelo" (2006-07), "Tiro Federal" (2007-08), "Belqrano de Kordoba" (2008-09), "San Martin de San Juan" (2009-10), "Atletiko Tucuman" (2010-11) klublarının şərəfini qoruyan futbolçu 2011-ci ildə Avropaya üz tutub. Beçerra Yunanıstan yüksək liqa təmsilçisi "PAS Ciannina"nın (PAS Giannina) heyətinə dəvət olunub. Hücumameyyli yarımmüdafiəçi əsasən meydanın sol cinahında inamlı təsir bağışlayır. Boyu 175 sm, çəkisi 69 kq-dır. Son mövsüm PAS Cianninanın heyətində Yunanıstan yüksək liqasında çıxış edən Beçerra 7 qola imza atıb.






Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq