Anar Salmanov İspaniya millisinin oyununda!

Anar Salmanov İspaniya millisinin oyununda!
ÖLKƏ FUTBOLU 15 Avqust 2012 / 11:54 3414
-  A +

AFFA ilə İspaniya Futbol Federasiyası arasında əməkdaşlıq uğurla davam etdirilir.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İspaniya Futbol Federasiyası tərəfindən AFFA-ya rəsmi müraciət edilərək, sentyabrın 7-də, Pontevedra şəhərindəki "Pasaron" stadionunda İspaniya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək yoldaşlıq oyununun azərbaycanlı hakimlər tərəfindən idarə olunmasını istədikləri bildirilib. AFFA müraciəti müsbət cavablandırıb.

Beləliklə, İspaniya - Səudiyyə Ərəbistanı yoldaşlıq oyununun baş hakimi FIFA referisi Anar Salmanov olacaq. Ona FIFA referi köməkçiləri Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər.

Son xəbərlər
01.06.26  20:47

Enrike, Arteta...

topaz banner