Bu gün "DÇ-2014"ün seçmə mərhələsində millimizin rəqibləri olan yığma komandalar son sınaq matçlarına çıxıblar.
Qol.Az-ın məlumatına görə, seçmə mərhələdəki bütün rəqiblərimiz qüvvələrini yoldaşlıq görüşlərində sınayıblar.
F qrupunun əsas favoritlərindən sayılan Portuqaliya millisi evdə Panamanı, Rusiya isə Fil Dişi Sahili yığmasını qəbul edib. Prineylilər rəqibini 2:0 hesabı ilə məğlub etdiyi halda, Rusiya heç-heçə oynayıb - 1:1.
Millimizin sentyabr ayında seçmə mərhələyə start verəcəyi İsrail millisi isə səfərdə Macarıstanın qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan sülhlə ayrılıblar - 1:1.
Digər komandalardan Şimali İrlandiya yığması doğma azarkeşləri önündə Finlandiya, Lüksemburq millisi isə Gürcüstanla qarşılaşıb. Britaniya təmsilçisi rəqibin müqavimətini qıra bilməyib - 3:3. Lüksemburq isə Gürcüstana 1:2 hesabı ilə uduzub.
15 avqust
Beynəlxalq yoldaşlıq oyunları
20:00. Rusiya – Fil Dişi Sahili - 1:1
Qollar: Zaqoyev, 55 (1:0), Qradel, 77 (1:1)
23:00. Lüksemburq – Gürcüstan - 1:2
Qollar: Amisulaşvili, 2 (0:1), 32 (0:2)
23:30. Macarıstan – İsrail - 1:1
Qollar: Dzudsak, 51 (1:0), Hemad, 79 (1:1)
23:45. Şimali İrlandiya – Finlandiya - 3:3
Qollar: Fergüson, 7 (1:0), Lafferti, 19 (2:0), Sprv, 22 (2:1), Pukki, 24 (2:2), Hetemaj, 78 (2:3), Paterson, 84 (3:3)
01:00. Portuqaliya – Panama - 2:0
Qollar: Oliveyra, 30 (1:0), Ronaldo, 51 (2:0)
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı