Əfran İsmayılov: “Süni meydança nəinki mənə, bütün futbolçulara ziyandır”

Əfran İsmayılov: “Süni meydança nəinki mənə, bütün futbolçulara ziyandır”
ÖLKƏ FUTBOLU 14 Avqust 2012 / 15:20 2350
-  A +

“Zədəmlə bağlı ciddi şey yoxdur. Müayinədən sonra həkimlər 3-4 gün məşq etmədən dincəlməyi tövsiyə etdilər. İnşallah, növbəti tura qədər tam hazır olacağam”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib. Qeyd edək ki, Əfran “Neftçi”yə qarşı keçirilən Premyer Liqanın son oyununda zədələndiyi üçün millinin sabah Bəhreynə qarşı keçiriləcək yoxlama oyununda iştirak edə bilməyəcəklər.

Çempionatın ilk iki turunda (“İnter” və “Neftçi” ilə matçlarda) süni meydançada meydana çıxan Əfran bunun ona nə dərəcədə mane olmasına toxunub:  “Süni meydançada oynamaq nəinki mənə, bütün futbolçulara ziyandır. Xüsusən bu, zədədən əziyyət çəkən futbolçulara çox pis təsir edir.

Lakin nə etmək olar ki, biz buna məcburuq. Biz yaxın zamanda Tofiq Bəhramov adına stadiona köçməliyik. Oyunlarımız  təbii ot örtüklü meydanda olacaq. Sadəcə, ara-sıra bəzi rəqiblərimizin süni ot ortüklü stadionlarında bizi qəbul edəcəklər. Biz isə onların bu şərtləriylə razılaşmağa məcburuq”.
 

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?