“Neftçi” oyuna yaxşı başladı. Hesabı açan tərəf oldu, Vobay çox yaxşı qol vurdu. Ancaq təəssüf ki, bu üstünlüyü qoruya bilmədilər. Mən özüm də “Neftçi”nin qələbə qazanacağını demişdim, amma yenə də təəssüf”.
Bu sözləri Qol.Az-a açıqlamasında təcrübəli mütəxəssis Ağasəlim Mircavadov deyib. O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Neftçi” - “Hapoel” matçını dəyərləndirərkın, paytaxt futbolçularının müdafiədə kobud səhvlər buraxdığını da qeyd edib: “Qollar çox sadə vəziyyətlərdən buraxıldı. Mən deyərdim, “Neftçi”məhz bu cür səhvlərin ucbatından qələbə qazana bilmədi. İlk qolda buraxılan səhv, ümumiyyətlə, çox yüngül səhv idi. O cür səhvlər buraxmaq olmaz”.
Mircavadov seçilən oyun taktikasını da düzgün saymır: “Deyirlər, “Neftçi”nin çoxsaylı qol epizodları oldu. Amma cərimə meydançalarına edilən asmalar hələ real təhlükə demək deyil. Mən düşünürəm ki, dünənki oyunda hava toplarından o qədər istifadə etmək düzgün deyildi. Əksinə, yerlə oynamaq lazım idi. Belə olsaydı, real imkanlar əldə etmək daha asan olardı”.
“Neftçi”nin sabiq baş məşqçisi komandanın Avropa Liqasının qrup mərhələsinə düşmək şanslarını da dəyərləndirib: “Həmin oyunlara ciddi hazırlaşmaq lazımdır. “Hapoel”lə oyunlarda buraxılan səhvləri orda buraxmaq olmaz. Hamı deyir ki, çətin rəqib düşəcək. Ay qardaş, Avropa Liqasının pley-off-unda asan rəqib olur? Sadəcə, məşqçilər korpusu komandanı toparlamalı və növbəti oyunlara hazırlamalıdır”.
Mircavadov dünənki oyundan sonra Tərlan Əhmədovun səsləndirdiyi “iniki “Neftçi” son 10 ilin ən güclü “Neftçi”sidir fikrinə də münasibət bildirib: “Xeyr, Tərlanla razılaşmıram. Bu, onun öz fikridir elə deyə bilər. Mənim fikrimcə, ən güclü “Neftçi” 2005-ci ilin komandasıdır. Düzdür, o vaxt biz “Anderlext”ə uduzduq. Ancaq rəqibi daha yaxından öyrənə bilməmişdi. Lakin heyətimiz çox güclü idi. Cahangir Həsənzadə, Rəşad Sadıqov, Zaur Tağızadə, Georgi Adamiya, Vadim Borets, Branimir Subaşiç. Yenə deyirəm, bu heyət indikindən güclü idi”.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"