Vaqif Cavadov: “AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyirəm”

Vaqif Cavadov: “AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyirəm”
ÖLKƏ FUTBOLU 9 Avqust 2012 / 14:49 3088
-  A +

"Avropa çempionatının seçmə mərhələsində Avstriya millisinə qarşı keçirdiyimiz oyunda məğlub olmağımız psixoloji cəhətdən mənə mənfi təsir etmişdi və emosional vəziyyətdə artıq çoxlarına məlum olan həmin xoşagəlməz hadisə baş vermişdi”.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın hücumçusu Vaqif Cavadov bu gün millinin baş məşqçisi Berti Foqtsla keçirdiyi görüşdən sonra bildirib.

Qeyd edib ki, həmin görüşdən sonra Berti Foqts Vaqif Cavadovun milliyə dəvət alacağını bildirib.

Cavadov qeyd edib ki, AFFA və millinin baş məşqçisiylə bağlı fikirlərinə görə çox təəssüflənir. “Mən bu hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və  bir futbolçu kimi Azərbaycan futbolunun inkişafına  bacardığım qədər yardımçı olmaq  fikrindəyəm" – deyə o qeyd edib.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?