"Hapoel"in baş məşqçisi: "İkinci qoldan sonra həvəsdən düşmədik"

"Hapoel"in baş məşqçisi: "İkinci qoldan sonra həvəsdən düşmədik"
ÖLKƏ FUTBOLU 8 Avqust 2012 / 23:28 1923
-  A +

"Oyunu düşündüyümüz kimi başladıq. Süni meydançada oynamağa öyrəşməmişik. Ona görə də hərəkət etməkdə çətinlik çəkirdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Hapoel" klubunun baş məşqçisi Gili Landau "Neftçi" ilə oyundan (2:2) sonra deyib.

İsrailli mütəxəssis komandasının "Neftçi"nin ikinci qolundan sonra həvəsdən düşmədiyini bildirib:

"Neftçi" yaxşı komandadır. Oyun ərzində xeyli imkanları oldu. Ancaq biz vaxtında qolumuzu vurub, nəticənin böyüməsinə imkan vermədik. Rəqibin ikinci qolundan sonra da ruhdan düşmədik. Sizlərə də xoş münasibətə görə təşəkkür edirəm".


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi