“Mahirin klub tapa bilməməsinin problemi sırf özü ilə bağlıdır. Halbuki istənilən kluba lazımlı futbolçudur. Bu il avrokuboklarda çıxış edən klublarımız bu qədər legioner gətirdilər. Mahir onların hamısından güclüdür. Sadəcə, xarakteri ona mane olur. Görürsünüz ki, bir klubda daimi qalıb oynaya bilmir. Problem nədədir, mən də bilmirəm. Xarakteri onun nüfuzunu aşağı salıb. Baxmayın, bütün klub rəhbərləri də bir-birini tanıyır, lazım gələndə bir-biri ilə məsləhətləşir ki, bu futbolçu niyə sizin klubdan ayrıldı, problem nə idi. Şəxsən mən məsləhət görərdim ki, bir müddət gedib ölkə xaricində oynasın və əvvəlki Mahir olduğunu sübut etsin”.
Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Samir Abasov millimizin hazırkı klubsuz üzvü Mahir Şükürovun durumunu şərh edərkən deyib.
Abbasov millimizin başqa bir üzvü olan Kamran Ağayevin də durumuna münasibət bildirib: “Görünür, 6 il bir klubda oynaması onu bezdirib. Hər halda mən belə başa düşürəm. Kamrana da bəraət qazandırmıram. Əksinə, mənim fikrimcə, bir klubda daha çox qalanda həmin klubun azarkeşləri arasında daha çox hörmətə, nüfuza malik olursan. Pulun da ki, pul. Hər halda “Xəzər Lənkəran” “Sumqayıt” deyil axı. Məncə, Kamranın da, Mahirin də problemi onların xarakterindədir. Ümumiyyətlə, bu futbolçuları qoyuram bir kənara, üzümü azərbaycanlı futbolçulara tutub demək istərdim ki, oynasınlar. Çox istərdim ki, Mahirlə Kamran bizim “Sumqayıt” klubunda oynasınlar. Çünki hava-su kimi lazımlı futbolçulardı”.
Samir digər milli üzvlərinə mesaj göndərməyi də unutmayıb: “Yaxşı-yaxşı götür qoy edin, fikirləşin. Sabah hamınız klubsuz qalacaqsınız. Hansı klubda oynayırsınız, onun halallığını alın. Kənardan hər deyilən sözə aldanmayın. Yenə deyirəm, tək Mahirlə Kamran yox, 3-4 milli üzvü də var ki, elə onlara da aiddir. Sabah hamınız klubsuz qalacaqsınız və onda başınıza döyəcəksiniz. Nə qədər ki, gec deyil, başınızı aşağı salın, futbolunuzu oynayın”.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir
Luis Enrike və futbolçuları Parisdə coşdu - Video
Azərbaycan millisi Avropa Kubokunda 2-ci oldu
Klublarımız Konfrans Liqasında - Bütün mümkün rəqiblər