“Mən hələ Bakıda da demişdim ki, təkrar oyunda bizə çətin olacaq. Baxmayaraq ki, 3:0 hesabıyla qalib gəlmişdik. Bu günə qədər “Nefçi”nin komanda oyunu oynamadığını deyənlər var idi. Düzdür, ilk qarşılaşmada bəzi futbolçularımızın fərdi ustalığı qələbədə rol oynamışdı. Ancaq bugünkü görüş “Neftçi”nin komanda oyunu oynadığını bir daha sübut etdi”.
Qol.Az-ın Gürcüstana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin məşqçisi Tərlan Əhmədov “Zestafoni”yə qarşı keçirilən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasından sonra deyib.
“6-7 yeni futbolçumuz olmasına baxmayaraq, onlar da tədricən komandaya uyğunlaşırlar. Bilirdik ki, rəqib Gürcüstan çempionudur, aqressiv komandadır. Keçən il Avropa Liqasının pley-off mərhələsinə kimi gedib çıxmışdı. İlk hissənin 25 dəqiqəsində “Zestafoni” göstərdi ki, onların qələbə qazanmaq istəyi böyükdür. Buna görə uşaqlara göstəriş vermişdik ki, bacardıqları qədər qol buraxmayıb, qol vursunlar. Ancaq rəqibin təzyiqi nəticəsində futbolçularımız ilk 25 dəqiqədə öz oyunlarını tapa bilmədilər. Məhz 25-ci dəqiqədən sonra üstünlüyü, oyuna nəzarəti öz üzərimizə götürdük və sona qədər bu üstünlüyü əldən vermədik” – deyə T.Əhmədov bildirib.
“Hələ ilk görüşdən əvvəl də demişdim ki, oyun olsa, nəticə də olacaq. Çox şadıq ki Gürcüstan çempionuna qalib gəlib mərhələni keçdik. Rəqibimizə bundan sonrakı oyunlarında uğurlar arzulayıram”.
T.Əhmədov növbəti rəqibləri olan İsrailin “Hapoel” (Kiryat-Şmona) komandası haqda da danışıb: “Onlar haqda bəzi məlumatlarımız var, oyunlarının videoyazılarına baxmışıq. Amma “Jilina” ilə oyunlarının da videoyazisina baxib konkret bir söz deyəcəyik. Qarşımıza qoyduğumuz minimum məqsəd Avropa Liqasının qrup mərhələsinə düşməkdir”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı