UEFA 2011-2012-ci il mövsümündə Avropanın ən yaxşı oyunçusu adına 32 namizəd futbolçunun siyahısını dərc edib.
Qol.Az-ın məlumatına görə, siyahıya qitə çempionluğunu qorumağı bacaran İspaniya yığmasının 8 üzvü daxil edilib.
Onlardan Andres İnyesta, Xavi və Sesk Fabreqas İspaniya “Barselona”sında, Serxio Ramos, Xabi Alonso və İker Kasilyas “Real Madrid”də, David Silva İngiltərə “Mançester Siti”sində, Fernando Torres isə “Çelsi”də çıxış edir. Əvəzində finalçı İtaliya millisi 3 oyunçu – Mario Balotelli (“Mançester Siti”), Canluiçi Buffon, Andrea Pirlo (hər ikisi “Yuventus”) ilə təmsil olunub. Siyahıda ən çox futbolçusu olan klub “Mançester Siti”dir. “Şəhərlilər”in 6 oyunçusu siyahıya düşüb. İngiltərənin “Çelsi” komandasının 4 futbolçu “32-liy”ə düşüb. “Barselona”nın da bu qədər oyunçusu var ki, onlardan biri də mükafatın hazırkı sahibi Lionel Messidir.
Serxio Agüero (Argentina) – “Mançester Siti”
Xabi Alonso (İspaniya) – “Real” (Madrid)
Mario Balotelli (İtaliya) – “Mançester Siti”
Yakub Blaşçikovski (Polşa) – “Borussiya” Dortmund
Canluici Buffon (İtaliya) – “Yuventus”
Robin van Persi (Hollandiya) – “Arsenal”
Raul Qonsales (İspaniya) – “Şalke” / “Əl-Sədd”
Didye Droqba (Fil Dişi Sahili) – “Çelsi” / “Şanxay Şenxua”
Lesli Devis (Uels) – “Banqor Siti”
Zlatan İbrahimoviç (İsveç) – “Milan”
Andres İnyesta (İspaniya) – “Barselona”
Sindzi Kaqava (Yaponiya) – “Borussiya” Dortmund / “Mançester Yunayted”
İker Kasilyas (İspaniya) – “Real” (Madrid)
Vensant Kompani (Belçika) – “Mançester Siti”
Fabio Koentrau (Portuqaliya) – “Real” (Madrid)
Frenk Lempard (İngiltərə) – “Çelsi”
Lionel Messi (Argentina) – “Barselona”
Luka Modriç (Xorvatiya) – “Tottenhem”
Pepe (Portuqaliya) – “Real” (Madrid)
Andrea Pirlo (İtaliya) – “Yuventus”
Serxio Ramos (İspaniya) – “Real” (Madrid)
Kriştiano Ronaldo (Portuqaliya) – “Real” (Madrid)
Ueyn Runi (İngiltərə) – “Mançester Yunayted”
David Silva (İspaniya) – “Mançester Siti”
Fernando Torres (İspaniya) – “Çelsi”
Yaya Ture (Kot d İvuar) – “Mançester Siti”
Sesk Fabreqas (İspaniya) – “Barselona”
Radamel Falkao (Kolumbiya) – “Atletiko”
Co Hart (İngiltərə) – “Mançester Siti”
Peter Çex (Çexiya) – “Çelsi”
Məsut Özil (Almaniya) – “Real” (Madrid)
Xavi Hernandes (İspaniya) – “Barselona”
Avqustun 14-də namizədlər siyahısı 3-ə enəcək. Qalib isə avqustun 30-da Monakoda Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq. Onun adına UEFA-ya üzv ölkələrin idman jurnalistləri arasında səsvermə yolu ilə aydınlıq gələcək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı