“Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov Qol.Az-a müsahibə verib.
- Türkiyə toplanışı necə keçdi?
- Hər şey yaxşı keçdi. Əsas odur ki, zədələr olmadı. İki yoxlama oyunu keçirdik, hər ikisində qalib gəldik. Artıq Azərbaycana qayıtmışıq, 2 gün dincəlib toplanış keçmək üçün yenidən Türkiyəyə, bu dəfə Boluya gedəcəyik.
- Ötən mövsümdən sonra yaranan stressi üstünüzdən ata bildiniz?
- Təbii, avrokuboklardan kənarda qalmaq bizə pis təsir elədi. Ancaq yavaş-yavaş həmin stresdən çıxırıq və artıq növbəti mövsümü fikirləşirik. İnanıram ki, buraxdığımız səhvləri bir daha təkrarlamayacağıq və yüksək yerlərdən birini tutacağıq. Ancaq etiraf edim ki, son günlər televiziyadan avrokuboklardakı keçmiş oyunlarımıza baxanda pis oluram.
- Yeni oyunçularınızla dil tapa bilirsiniz?
- Düzdür, onlar fərqli dillərdə danışırlar, amma futbolun dili birdi. Artıq get-gedə komandaya uyğunlaşırlar. Yəqin ki, çempionatın startına kimi tamamilə uyğunlaşacaqlar.
- “Traktor Sazi” ilə yoxlama görüşü keçirməyiniz xüsusilə, yaxşı mənada böyük ajiotaj yaratdı. Odur ki, bu oyunla bağlı xüsusi soruşmaq istəyirəm...
- Çox gözəl ab-havada bir qarşılaşma keçdi. Oyundan əvəl hər iki tərəfin nümayəndələri səmimi görüşdülər, onlar bizə hədiyyələr təqdim etdilər. Yəni, hiss olunurdu ki, hər iki komandanın bir-birinə qarşı böyük simpatiyası var. Oyuna gəlincə, oyun da çox mülayim keçdi, heç kim heç kimə qarşı sərt oynamadı. İnanıram ki, bu əlaqələr bundan sonra da davam edəcək.
- Təbrizdə olmaq, orada da bir yoxlama görüşündə oynamaq istərdinmi?
- Əgər iki klub rəhbərliyi danışıb razılığa gəlsələr, niyə də olmasın? Baxmayaraq ki, bəzi komanda yoldaşlarım Təbrizdə olub, amma mən olmamışam və olmağı çox istərdim.
- Sonda klublarımızın avrokuboklardakı çıxışına da münasibət bildirməyini istərdim.
- Öncə ondan başlayım ki, “Bakı”nın məğlubiyyəti mənim üçün çox gözlənilməz oldu. Halbuki, bu komandanın futbolçuları üçün hər cür şərait yaradılıb. Yaradılan şəraitin qarşılığında bu cür oyun... Belə baxanda pis oynamadılar, sadəcə, son nöqtəni qoya bilmirdilər. Bir daha deyirəm, “Bakı”nın mübarizəni dayandırması mənim üçün çox gözlənilməz oldu. Çünki hələ püşkatmadan sonra da bildirmişdim ki, “Bakı” ilə “Neftçi”nin mərhələ keçmək şansını daha yüksək görürdüm. “Xəzər Lənkəran” mərhələni gözəl oyunla keçdi, Yunis Hüseynov yaxşı komanda qurub. “İnter”i də böyükhesablı qələbə münasibətiylə təbrik edirəm. O ki qaldı “Neftçi”yə, onların mərhələ keçəcəyinə çox inanıram və düşünürəm ki, sabahkı qarşılaşmada qələbə qazanacaqlar.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?