“Neftçi” klubunun baş məşqçi köməkçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi
- “Zestafoni” ilə oyuna hazırlıq məqsədilə komandazın keçiridiyi təlim-məşq proseslərindən razı qaldınız?
- Bəli. Komandanın Böyükağa Hacıyev kimi baş məşqçisi var. O özü də yoxlama görüşlərindən razı qaldı. Buxarets və Zaqreb “Dinamo”larıyla yoldaşlıq görüşündə istədiyimiz oyunun ortaya qoyduq. Uşaqlar çox gözəl oyun nümayiş etdirdilər.
- Heyətə cəlb etdiyiniz yeni transferlər barəsində nə deyə bilərsiniz? Ümumiyyətlə, bu futbolçulara güvənirsiniz?
- Biz təkcə yeni transferlərə deyil, bütün heyət futbolçularına güvənirik. Hər birini “Neftçi”nin aparıcı futbolçuları hesab edirik. Çünki onların hamısı seçiliblər. Legionerlərə gəldikdə, onların oyunlarını izləmişik. Çox yaxş təsir bağışlayıblar. Artıq komandaya və “Neftçi”nin oyun üslubuna uyğunlaşdıqlarını söyləmək olar. Bir sözlə, futbolçuların adaptasiya baxımından durumu normaldır. İnanıram ki, sabah futbolçularımız meydanda bütün güclərini ortaya qoyacaqlar.
- “Neftçi”nin qol silahı olan Bahadır Nəsimovun yoxluğunu yeni transfer çillili Kanales doldura biləcəkmi?
- Birinci növbədə deyim ki, əvəzolunmaz futbolçu yoxdur. Hər halda hər bir hücumçunun özünəməxsusluğu var. Kanales səviyyəli hücuçmu və Çili yığmasının futbolçusudur. Düşünürəm ki, sabahkı oyunda Konales özünü yaxşı tərəfdən göstərəcək. Bizim ona ümidlərimiz çoxdur.
- Yeni transferlərinizin hamısını meydanda görə biləcəyik?
- Ola bilsin ki, belə olacaq. Lakin bütün bunlara baş məşqçinin qərarından sonra aydınlıq gələcək. Ancaq çox güman ki, sabah onlar meydanda olacaq.
- “Zestafoni”ylə ilk qarşılaşmanı doğma meydanda keçirəcəksiniz. Şanslarınızı necə dəyərləndirirsiniz?
- Bizim də fikrimiz odur ki, ilk qarşılaşmada inamlı qələbə qazanaraq bütün məsələni elə Bakıda həll edək. Öz meydanımızda çıxış etdiyimiz üçün çalışacağıq ki, oyunun taleyini ikinci görüşə saxlamayaq. Məqsədimiz tamaşacılarımız qarşısında gözəl futbol nümayiş etdirməkdir. Komandayla birgə çox inanırıq ki, cütün taleyini ilk qarşılaşmada həll edəcəyik. Çünki istəyimiz həddindən artıq çoxdur.
- Rəqibiniz “Zestafoni”nin hansı keyfiyyətindən daha çox ehtiyat edirsiniz?
- Hər bir rəqibin güclü və zəif tərəfləri olur. Biz rəqibimizi yaxşı təhlil etmişik. Ancaq unutmaq lazım deyil ki, Çempionlar Liqasında zəif rəqib yoxdur. Hər biri öz ölkəsinin çempionu və güclüsü hesab edilir. Onların həm güclü, həm də zəif cəhədləri var. Lakin bunu mətbuata açıqlaya bilmərəm.
- Təlim-məşq toplantısı zamanı komandanız təbii ot örtüyü olan meydançalarda çıxış edib. Sabah isə süni meydançada oynayacaqsınız. Bu, “Neftçi”nin çıxışına mənfi təsir göstərməyəcək ki?
- Əslində komandanın istəyindən çox şey aslıdır. İstisna deyil ki, süni meydançanın komandamızın çıxışına mənfi təsiri olsun. Süni meydançalarda sürət və dəqiq ötürmələr problemi olur. Lakin sabah fiziki və yaxşı psixoloji hazırlıqdan asılı olacaq. Hamımızda “Zestafoni” səddini keçəcəyimizə inam var.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı