“İnter” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Trans”la səfərdə keçirilən ilk qarşılaşmada ehtiyatda qalmağını nə ilə izah edərdin?
- İlk öncə, deyim ki, istirahətdən sonra fiziki durumum yaxşı formada deyildi. Baş məşqçinin özüylə də söhbət etdim və o mənə dedi ki, darıxma məşqlərini davam etdir. Hər şey yaxşı olacaq. Çalış öz optimal formanı bərpa et. Komanda Türkiyədə ilk təlim-məşq toplanışını keçən zaman mən millinin heyətindən yenicə qayıtmışdım. Heyətin üzvləri 15 gün fiziki çalışmalar üzərində məşqlər keçmişdilər. Mənə iki həftə lazım idi ki, məşq edərək özümə gəlim. Kaxaber Sxadadzenin ilk oyunda mənə şans verməməsi məlum məsələ idi. Buna görə də ondan inciməmişdim.
- "Trans"la təkrar qarşılaşmada Kaxaber Sxadadze sənə şans verdi. Səncə, özünü hansı tərəfdən göstərə bildin?
- Mənə elə gəlir ki, pis təsir bağışlamadım. Çalışırdım ki, baş məşqçinin oyundan qabaq mənə verdiyi tapşırıqları yerinə yetirim. Əsas məsələ verilən tapşırıqları düzgün yerinə yetirməkdir. Hətta qol vurmaq üçün iki imkan da qazandım. Bunlardan birində vurduğum zərbə qapının yanından keçdi. Digəri isə yüz faizlik qol imkanı idi ki, bunu da qola çevirmək üçün bir az bəxtim gətirmədi.
- Necə düşünürsən, baş məşqçinin etimadını doğrultdun?
- Sxadadze şəxsən mənə təklikdə heç nə demədi. Sadəcə, qarşılaşmadan sonra hər kəsi öpüb qucaqlayaraq, təbrik etdi. Artıq bu oyunu unudaraq “Asteras Tripolis”lə görüşə ciddi hazırlaşmağımızı istədi. Bir sözlə, bütün futbolçulardan razı olduğunu bildirdi. Oyun zamanı kim harada səhv edibsə, onları “Asteras Tripolis”la oyunöncəsi analiz edəcəyini söylədi.
- Yunanıstan təmsilçisi “Asteras Tripolis” haqda nə deyə bilərsən? Ümumiyyətlə, onları keçmək şansınız varmı?
- Məlum olduğu kimi “Asteras Tripolis” komandası cari mövsümü 6-cı pillədə başa vurub. Bir də yaxşı bilirik ki, Yunanıstan Superliqası Estoniya çempionatından qat-qat güclüdür. Əgər desəm ki, biz gedib Yunanıstanda asan qələbə qazanacağıq, bu yalan olar. Bizim üçün çox çətin olacaq. Ancaq onları keçmək üçün bizim kifayət qədər potensialımız var. Əgər komanda baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirsə və meydanda bütün futbolçular 90 dəqiqə can qoyaraq mübarizə aparsalar, niyə də, ikinci mərhələyə keçməyək.
- Çoxları deyir ki, “İnter”in əsl gücü məhz “Asteras Tripolis”lə qarşılaşmada bilinəcək. Sən necə düşünürsən?
- Düzdü, zəif komandayla oynayanda potensialımız o qədər də üzə çıxmır. Ancaq “Trans” siz fikirləşdiyiniz kimi o qədər də zəif rəqib deyildi. Lakin mən də, razıyam ki, istənilən komandanın potensialı güclü klublarla mübarizədə ortaya çıxır. Mən də inanıram ki, “Asteras Tripolis”lə oyunda nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq. Düzdü, qabaqcadan proqnoz vermək olmur. Belə götürəndə kim fikirləşirdi ki, “Bakı” gedib “Mura”ya səfərdə 0:2 hesabıyla məğlub olacaq. Lakin bilirik ki, “Asteras Tripolis”lə çox çətin bir matç olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?