AFFA-nın baş katibi Elxan Məmmədov Qol.Az-a müsahibə verib
- Sentyabrda ölkəmizdə start götürəcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının püşkü atıldı və komandamızın qrupdakı rəqibləri məlum oldu. Şanslarımızı necə görürsünüz?
- Sözün düzü, ilk növbədə baş məşqçi ilə danışmalıyam, amma hesab edirəm ki, normal qrupa düşmüşük. Çünki daha çətin komandalarla rəqib ola bilərdik. Orta səviyyəli qrupa düşdüyümüzü deyə bilərəm və komandamıza da uğurlar arzulayıram.
- Sizcə, qrupumuza düşən rəqiblər arasında ən çətini hansıdır?
- Məncə, Nigeriya.
- Bəs, ölüm qrupu hansını hesab edirsiniz?
- Almaniyanın yer aldığı qrupu.
- Qrupdan çıxacağımız halda Braziliya ilə qarşılaşmaq ehtimalımız var. Bunu istərdinizmi?
- Böyük ölkələrlə oynamaq hər zaman yaxşıdır. Digər tərəfdən, nəzərə alaq ki, biz evdə oynayırıq. Buna görə, çalışmalıyıq, nisbətən daha zəif rəqiblə düşək.
- Gələn qonaqlar təşkilatçılığı yüksək qiymətləndiriblər və yəqin ki, oyunlar da eyni qaydada təşkil olunacaq. 2016-cı ildə 17 yaşlı oğlanlar arasında keçiriləcək Avropa çempionatını da yüksək səviyyədə təşkil etsək, bu, bizim AÇ-2020-ni qəbul etmək şanslarımızı daha da artıra bilər?
- Mən açıq deyəcəm, bu cür tədbirlər istər Azərbaycanda, istərsə də qonşu ölkələrdə nə qədər çox keçirilsə, bizim üçün müsbət sayılacaq. Məsələn, Ukrayna və Polşanı götürün. Bir neçə il bundan əvvələ kimi, onlar haqqında mənfi fikirlər var idi, çoxları inanmırdı ki, Avropa çempionatı bu ölkələrdə baş tuta, amma gördüyünüz kimi, onlar necə yüksək səviyyədə bir çempionat keçirdilər. Ən əsası, bunlar bilirsiniz niyə bizi sevindirir? Çünki UEFA görəndə ki, yeni ölkələr yüksək səviyyədə çempionatlar təşkil edirlər, özlərini doğruldurlar, bizim də şanslarımız artır. Bildiyiniz kimi, 2015-ci ildə Gürcüstanda Superkubok oyunu keçiriləcək ki, bu da şansımızı artıran məqamlardandı. Nə qədər bu cür tədbirlər olsa, bizim şansımızı artırır. Ən əsası, çox xahiş edirəm, bunu xüsusi qeyd edəsiniz ki, bizim şanslarımızı artıran əsas amillərdən biri stadionlarımızın dolmasıdır. Stadionlarımız dolmasa, UEFA bizə müsbət cavab verməyəcək. Çünki bu gün UEFA-nın FİFA-nın birinci tələbi odur ki, stadionlar dolsun. İstər Premyer Liqa, istərsə də avrokuboklarda stadionlarımız dolu olmalıdır. Avropa Liqası artıq start götürüb. Konkret “Bakı”-“Mura 05” oyununda stadionun heç yarısı da dolmamışdı.
- Bu məsələ futbolumuzun ən yaralı yerlərindın biridir. Eyni gündə Lənkəranda keçirilən “Xəzər Lənkəran”-“Nomme Kalyu” matçında tribunalarda boş yer yox idi. Niyə paytaxtda oyunlara gələn yoxdur?
- Mən hesab edirəm ki, təbliğatı artırmaq lazımdır. Bunun üçün də sərmayə qoymaq, mətbuatla işləmək lazımdır. Bundan başqa, orta məktəblərlə, eləcə də universitetlərlə əməkdaşlıq qurmaq yaxşı olardı. Bu, dəb halına salınmalıdır. Bu gün İngiltərədə oyunlara orta hesabla 39 min, Almaniyada isə 44 min azarkeş gəlir. Amma iki il bundan qabaq İngiltərədə bu göstərici 45 min, Almaniyada isə 33 min idi. Deməli, almanlar bu sahədə düzgün təbliğat işləri aparıblar.
Anar XANLAROV
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?