“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Sabah təlim-məşq toplantısını davam etdirmək üçün Sloveniyaya yola düşəcəksiniz. Növbəti hazırlıq prosesində komandaya yeni futbolçuların transferi gözlənilirmi?
- Hazırda mən sizinlə Türkiyədən danışıram. İyulun 13-də komandayla birgə Sloveniyaya yola düşəcəyik. Transfer məsələsinə gədikdə, Türkiyə superliqasında çıxış edən bir futbolçuyla danışıqlarımız gedir. Onun klubuyla müqaviləsi başa çatıb və “Qəbələ”yə transferiylə baş menecerimiz Zaur Əzizov məşğuldur. Bu futbolçunu aldıqdan sonra transferi dayandıracağıq. İndiki heyət mənim üçün yetərlidir. Amma əgər Sloveniyadakı yoldaşlıq görüşləri zamanı axsayan mövqelərimiz olarsa, onda bir neçə transfer həyata keçirə bilərik.
- Bu futbolçunun adını söyləyə bilərsiniz?
- Hələ ki, məsələ tam həll olunmayıb. İşləri uğurla başa vurduqdan sonra adı və klubunu açıqlayacağam. Bircə onu deyə bilərəm ki, həmin o futbolçu müdafiəçidir.
- “Qəbələ” klubunun idman direktoru vəzifəsinə komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov təyin edilib. Bu təyinata münasibətiniz necədir?
- Birinci növbədə onu yeni təyinatı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayıram. Onun Azərbaycan futbolu və “Qəbələ” üçün əməyi göz qabağındadır. İnşallah, işlərimizin uğurlu getməsində çox köməyi dəyəcək.
- Azərbaycan klublarının Avroliqadakı çıxışları barədə nə deyə bilərsiniz?
- İlk olaraq, “Xəzər Lənkəran”ı mərhələ adladığı üçün təbrik edirəm. Digər klubların da növbəti mərhələyə keçəcəyinə inanıram. Mən dörd ildir ki, Azərbaycanda işləyirəm. Bu vaxta qədər futbolunuzdakı inkişaf göz qabağındadır. Bu inkişafı avrokuboklarda da davam etdirmək lazımdır. Düzdü, bu, elə də asan olmayacaq. Lakin yavaş-yavaş hər şey yoluna düşəcək.
- Evdə 2:2 hesabıyla bərabərə qalan “Xəzər Lənkəran”ın mərhələ adlayacağını gözləyirdinizmi?
- İlk qarşılaşmada qələbəni əldən verdilər. Ola bilsin, erkən qol buraxmasaydılar, nəticə belə olmayacaqdı. Ancaq səfərdə rəqiblərini məğlub edəcəklərinə inanırdım.
- Bu gün daha bir təmsilçimiz - “Bakı” da həlledici görüşə çıxacaq. Onların şanslarını necə dəyərləndirirsiniz?
- “Bakı”nın şanslarını çox yüksək görürəm. Məncə, mərhələ keçmək onların öz əllərindədir. Əgər qarşılaşma zamanı ciddi səhv etsə, “Bakı” üçün çox çətin olacaq. Çünki “Bakı” ev oyununda lazımı nəticə əldə edə bilməyib. Onlara da uğurlar arzulayıram.
- Bəs, "İnter" haqda nə deyərdiniz?
- "İnter" ilk oyunda 5:0 hesablı qələbə qazanıb. Onların növbəti mərhələyə keçəcəyi şübhə doğurmur.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?