“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Avstriyada keçirdiyiniz təlim-məşq toplantısından razı qaldınız?
- Bəli. Hazırlıq prosesinin normal keçdiyini deyə bilərəm. Bizim üçün lazımı olan bir neçə yoldaşlıq görüşü keçirdik. Bu da komanda üçün çox xeyirli oldu. Artıq geri, vətənə dönmüşük və iyulun 17 dəki vacib qarşılaşmaya hazırlaşırıq.
- Komandaya cəlb etdiyiniz yeni transferlər haqda nə deyə bilərsiniz?
- Mən səhərdən axşamacan onları tərifləyə bilmərəm. İnşallah, bu futbolçuların oyununu meydanda görəcəyik. Düşünürəm ki, bu futbolçular “Neftçi”də yüksək səviyyədə çıxış edəcəklər.
- "Neftçi"dən ayrılan bir çox əsas heyət üzvünün yerlərinin tam şəkildə doldurulmaması çıxışınıza nə kimi təsir göstərəcək?
- Mən deməzdim ki, onların gedişindən sonra komanda zəifliyib. Xeyr, belə deyil. Düzdü, “Neftçi”ni tərk edən futbolçular bizim üçün çox dəyərli idi. Lakin hazırda bizdə onları layiqincə əvəzləyə biləcək futbolçular var.
- Sizcə, “Neftçi”nin yeni transferlərə hələ də ehtiyacı varmı və hansı mövqelərə?
- Əgər Çempionlar Liqasında ilkin mərhələni keçsək, yeni transferlər olacaq. Hazırda bizə əlavə hücumçu lazımdır. Düzdü, komandanın bütün xəttlərinə oyunçu tələb olunur. Lakin əsas məqsədimiz hücumu gücləndirməkdir. Uğur qazanmaq istəyən komandanın birinci növbədə hücumu güclü olmalıdır.
- “Zestafoni” klubu haqda nə deyə bilərsiniz?
- Gürcüstan təmsilçisi çox yaxşı komandadır. Ancaq “Neftçi” ondan da güclüdür. Biz rəqibimizi bütün göstəricilərdə üstələyirik.
- “Zestafoni”ylə birinci qarşılaşmanın evdə olmasını “Neftçi” üçün üstünlük saymaq olar, yoxsa?
- Biz bütün variantları fikirləşmişik. Çalışacağıq ki, birinc oyunda daha çox qol vuraq ki, səfərə yaxşı nəticəylə yollanaq.
- Rəqibinizin daha çox hansı keyfiyyətlərindən çəkinirsiniz?
- Onu deyə bilərəm ki, “Zestafoni” çox təcrübəli və futbol oynamağı bacaran komandadır.
- Ümumiyyətlə, klub rəhbərliyi Çempionlar Liqası turnirində qarşınıza hansı vəzifəni qoyub?
- Siz bilirsiniz ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqovun yeganə bir məqsədi var: bacardıqca irəli getmək.
- Real danışsaq, “Neftçi”nin “Zestafoni” səddini keçmək şansları nə dərəcədədir?
- Üstünlük bizim tərəfimizdədir. Çünki “Neftçi” mərhələ adlamaq və nəticə qazanmaq üçün daha istəklidir.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?