Bakının “İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov bu gün Estoniya “Trans”ına qarşı keçiriləcək Avroliqanın təkrar oyunu ilı bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Səfərdə “Trans” üzərində böyükhesabla qələbə qazandığınız oyunda bu qarşılaşmada qollardan birinə sən imza atdın. Bu, sənin Avropada ilk qolun idi.
- Ürəyimə danmışdı ki, qol vuracağam. Oyunun gedişində də 1-2 real imkanları dəyərləndirə bilmədim.
- Qol vurandan sonra hansı hissləri yaşadın?
- Bu, mənim karyeramda özəl bir qol və özəl bir gün idi. Həddindən artıq sevindim.
- Bəs, təkrar oyundada qol vuracağına inanırsan?
- İnşallah, bunun üçün əlimdən gələni etməyə çalışacağam.
- İlk oyunda 5:0 hesabı ilə qalib gəldiyinizdən bugünkü qarşılaşmaya daha rahat çıxacaqsınız. Bu amil sizin əleyhinizə işləyə bilərmi? Sualı daha da konkretləşdirim, uduzmaq ehtimalınız varmı?
- Belə bir şey heç vaxt ola bilməz. Baş məşqçimiz Kaxaber Sxadadze özü də deyib ki, heç kəs arxayınlaşmamalıdır. Çünki komandaya yeni transfer olunmuş təzə futbolçular var ki, ilk dəfə azarkeşlərinin qarşısında çıxış edəcəklər. Hər biri özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Çalışacağıq ki, Bakıda Estoniyadakından daha çox, 6-7 qol vuraq.
- Oyunun canlı yayımlanmaması sizə necə təsir edəcək?
- Əgər edirdə göstərilsəydi, əla olardı. Bizim də yaxınlarımız bu matça baxardılar. Həm də oyunumuzu daha çox insanın izləməsi futbolçulara əlavə stimul verir. Ancaq neyləmək olar? Azarkeşlərimizə səslənərək, onları stadiona çağırırıq.
- Demək olar ki, artıq ikinci mərhələdəsiniz. Növbəti rəqibiniz Yunanıstanın “Asteras” komandası olacaq. Bu rəqib barədə nə düşünürsən?
- Həmin klub haqda məlumatlı deyiləm. Yəqin ki, bugünkü oyundan sonra artıq “Asteras” haqda lazımı informasiyaya malik olacağıq. Onu bilirəm ki, çox güclü komandadır. Ən azı Yunanıstan kimi çempionatda oynayır.
- Bəs, “Asteras”ı keçmək şanslarınızı necə görürsən?
- Çox çətin rəqib olsa da, oynamaq olar. Mən şanslarımızı 50-50-yə görürəm. Mən Yunanıstan təmsilçisini keçəcəyimizi hiss edirəm.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər