AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev Qol.Az-a müsahibə verib
- “Xəzər Lənkəran” bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində Estoniyada “Nomme Kalyu”Nun qonağ olacaq. Sizcə, komandamız mərhələni keçə biləcək?
- Öncə icazə versəydiniz, mən “İnter”in çıxışına toxunardım.Bu komandanı artıq II mərhələyə keçmək münasibətilə təbrik etmək olar. İnanmıram ki, “Trans” gəlib Bakıda “İnter”ə 6 qol vursun. “Xəzər Lənkəran”a gəlincə, məncə, şansları var. Baxmayaraq ki, ilk oyunda evdə 2:2 oynadılar, ancaq inanıram ki, Estoniyada qalib gəlib mərhələni keçəcəklər.
- Hardandı sizdə bu qədər əminlik?
- Çünki statistikaya baxıram və faktla danışıram. İlk oyunda estonlar bütün komponnetlərdə “Xəzər Lənkəran”dan geri qalırdı. Topla oynama faizi, qapıya zərbə, hücumların təşkili. Buna əsaslanıb deyirəm ki, “Xəzər Lənkəran”ın mərhələ keçmək potensialı rəqibindən çoxdur.
- Bəs, “Bakı” haqqında nə düşünürsünüz?
- “Bakı”ya da inanıram və əminəm ki, onlar da növbəti mərhələyə keçəcəklər. İlk oyunda da gördük ki, onlar “Mura-05”dən daha üstün futbol oynayırlar.
- Gələn həftə Azərbaycan çempionu “Neftçi” də mübarizəyə qoşulur vı bildiyiniz kimi, ilk mərhələdə Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələcək. “Neftçi”nin şanslarını necə dəyərləndirirsiniz?
- Onların da mərhələ keçəcəklərinə inanmaq istərdim, amma deyim ki, “Zestafoni” çox güclü komandadır. Hətta mən deyərdim ki, bizə düşən rəqiblər içərisində ən güclüsüdür. Bu komandanı “Trans”la müqayisə etmək olmaz. “Trans” “Turan” səviyyəsində bir komandadır. Amma “Zestafoni” Gürcüstan çempionudur. İndi bəziləri deyir ki, “Neftçi” favoritdir, mütləq keçməlidir, rəqibi zəifdi, filan. Biz hər şeyi pulla ölçürük. Düşünürük ki, “Neftçi”nin pulu çoxdur, qurtardı getdi, mərhələni keçəcək. Xeyr, elə deyil. “Zestafoni” qat-qat güclü komandadır. Unutmayın ki, onlar Gürcütanda “Dinamo” Tbilisini qabaqlayıblar. Ümumiyyətlə, tarixə də nəzər salsaq görərik ki, gürcü futbolu hər zaman bizdən üstün olub. Odur ki, “Neftçi”nin işi çox çətin olacaq.
Anar XANLAROV
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video