Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsində bu gün “Xəzər Lənkəran”ın səfərdə Estoniya “Nomme Kalyu”suna qarşı keçirəcəyi oyunla bağlı Qol.Az saytına müsahibə verib
- İlk əvvəl bilmək istərdik ki, “Xəzər Lənkəran”ın doğma meydandakı matçında qeydə alınan 2:2 hesablı nəticə sizin üçün gözlənilməz olmadı?
- Gözləmək deyəndə ki... Biz hər zaman, hələ rəqiblərimiz bəlli olmamışdan öncə qrup mərhələsi haqda düşünürük. Bu isə doğru deyil. Avropa Liqasının oyunlarına ciddi hazırlaşmaq lazımdır. “Xəzər lənkəran” həmin görüşdə müdafiədə kobud səhvlərə yol verdi. Ancaq oyuna görə pis təsir bağışlamadılar. Belə götürəndə “Xəzər Lənkəran”ın rəqibi ən çətinlərindən hesab olunurdu. Lakin buna baxmayaraq, “Nomme Kalyu” münasib rəqibdir. Nəticənin belə olacağı gözlənilməz idi.
- Sizcə, “Xəzər Lənkəran” rəqibinə nədə uduzdu?
- Komanda ilk qolu buraxanda təlaşlandı. Sonradan müdafiədə də diqqətsizliyə yol verirdilər. Həmçinin oyunun axırına qədər diqtə edə bilmədilər. Eyni zamanda xətlərarası boşluqlar da öz sözünü dedi. Bu boşluqlar müdafiə və hücum arasında daha çox nəzərə çarpırdı.
- Bəs, “Nomme Kalyu” sizdə hansı təsir bağışladı?
- Estoniya millisi son zamanlar çoxlarını yaxşı mənada təəccübləndirməyi bacarıb. Lakin bunu klublarına şamil etmək olmaz. Hardasa 1-2 klubu çıxmaq şərtiylə qalanları o qədər də güclü deyil. Ancaq hər halda “Nomme Kalyu” “İnter”in rəqibi “Trans”dan güclüdür. Ancaq bu o demək deyil ki, “Nomme Kalyu” keçilməz rəqib deyil. “Xəzər Lənkəran” həm maddi, həm də legionerlərinə görə rəqibindən üstündür. Lakin bütün bunlar hələ də kağız üzərindədir. Ən əsas məsələ meydanda həll ediləcək.
- Bugünkü oyunda “Xəzər Lənkəran”ın şanslarını necə dəyərləndirirsiniz?
- Evdə 2:2 hesabı qeydə alınmasına baxmayaraq, Cənub təmsilçimizin mərhələ adlamaq şansı çoxdur. Sadəcə, bayaq sadaladığım səhvlər üzərində işləyərək nəticə çıxartmaq lazımdır. Düşünürəm ki, baş məşqçi Yunis Hüseynov “Nomme” Kalyu”nu yaxşı analiz edib. Buna görə də rəqibə qarşı yaxşı taktiki gediş hazırlamaq lazımdır. Həmçinin də, “Xəzər lənkəran” ilk görüşdən fərqli olaraq, bu dəfə kompakt oyuna üstünlük verməlidir. Ən əsası tələsməməlidirlər. Əgər “Xəzər Lənkəran” irəli atılaraq qol vurmağa tələssə, özlərini yandıra bilər.
- Sizcə, görüş hansı hesabla yekunlaşacaq?
- Mən inanıram ki, “Xəzər Lənkəran” Estoniya təmsilçisinin məğlub edərək, mərhələni adlaya biləcək. Fikrimcə, “Xəzər Lənkəran” səfərdə 1:0 və ya 2:0 hesabıyla qalib gələcək. Yenə deyirəm, komandamız gərək tələsməsin. Əgər ilk qolu bizim komanda buraxsa, “Xəzər Lənkəran” müdafiəni unudaraq irəli atılmağa məcbur olacaq. Bax, onda vəziyyətləri ağır ola bilər. Çünki təmsilçimizin fiziki göstəriciləri yüksək deyil. Ən başlıcası səbirli oynayaraq, daha çox əks hücumlara üstünlük verməlidirlər.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video