AFFA-nın Lisenziya komissiyası tərəfindən UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən klubların sənədlərini araşdırdıqdan sonra “Bakı”, “İnter”, “Simurq”, “Xəzər-Lənkəran”, “Neftçi”, “Olimpik” və “Qarabağ” klublarına lisenziya verilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Karvan” və “Qəbələ” klubları isə qitə yarışlarında iştirak etmək hüququ qazana bilməyiblər. Bundan əlavə, komissiya növbəti mövsümdə (2009/2010) Premyer Liqada iştirak etmək üçün də klublara lisenziya verib. UEFA yarışlarında iştirak etmək hüququ olan klublar avtomatik olaraq Premyer Liqada da iştirak etmək səlahiyyətinə malikdirlər. “Qəbələ” və “Muğan” klublarına növbəti mövsümdə də Premyer Liqada iştirak etmək hüququ verilib. Digər beş klubun – “Karvan”, “Standard”, “Turan”, “MOİK” və “Bakılı”nın sənədlərində müəyyən çatışmamazlıqlar olduğundan həmin klublara şərti olaraq lisenziya verilib. Bu ilin iyul ayının 31-dək bu klublar sənədlərində olan müvafiq çatışmazlıqları aradan qaldırmasalar, onlara verilən şərti lisenziya ləğv ediləcək.
Tarixin 70-cisi
"Sabah" "Qəbələ"yə qarşı
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi
"Neftçi" - "Turan Tovuz": Heyətlər
“Şəmkir” - “Xankəndi” matçı niyə baş tutmadı? - PFL açıqladı
"Liverpul" "Qalatasaray"la matça ciddi itkilərlə çıxacaq
"Şirvan" evdə qələbə qazandı, Şəmkirdə matç baş tutmadı
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
Mbappe "Real"ın həkimlərinə etibar etmir
Azərbaycan millisinin üzvü Yunanıstan kubokunu qazandı
"Xavi özündənrazı olmuşdu" - Joan Laporta
"Vallah, bilmirəm nə deyim" - "Sumqayıt"ın kapitanı
Nəriman artıq ABŞ-dadır