“Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Manuel Skarlatake Qol.Az-a müsahibə verib.
- İlk oyunda çoxları sizdən qələbə gözləsə də, ümidləri doğrultmadınız. Buna nə mane oldu?
- Biz də çox istəyirdik ki qələbə qazanaq. Buna da çox yaxın idik. Matç ən azı 2:1 hesabıyla başa çatmalıydı. Hətta daha böyük hesabla qalib gəlməliydik. Çünki xeyli qol imkanlarını boşa verdik. Rəqib oyun ərzində nadir hallarda mərkəzi keçməsinə baxmayaraq, bizə 2 qol vurdu.
- Buraxılan qollarda mərkəz müdafiəçilərinin günahı nə dərəcədə idi?
- Təbii ki, qol buraxılıbsa, burada bütün komanda məsuliyyət daşıyır, o cümlədən də müdafiəçilər.
- Hiss olunurdu ki, hələ tam olaraq, komandaya uyğunlaşmamısan?
- İlk oyun idi. Baxmayaraq ki, daha əvvəl də “Xəzər Lənkəran”ın şərəfini qorumuşam, amma sonradan müəyyən səbəblərdən buradan ayrılmalı olmuşdum. Yenidən “Xəzər Lənkəran”a qayıtdığım üçün çox şadam. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəm.
- Vurduğun qol haqqında nə deyə bilərsən?
- Künc zərbəsi olduğundan irəli getdim. Bu cür epizodlarda adətən müdafiəçilər önə çıxır. Elə alındı ki, qol vurmaq üçün imkan yarandı və mən də bu imkanı qaçırmadım. O anda vaxt itirmədən topa toxunmaq lazım idi və bunu vaxtında etdim.
- Cavab qarşılaşmasından nə gözləyirsən, mərhələni keçə biləcəksiniz?
- Bu, çox çətindi, amma mümkünsüz deyil. Prinsipcə, “Xəzər Lənkəran”ı “Nomme Kalyu”dan zəif komanda saymıram. Təbii, rəqibi qiymətləndirmək lazımdır. Ancaq biz Estoniyaya qələbə üçün gəlmişik və inanıram ki, buradan evə istədiyimiz nəticə ilə dönəcəyik.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır