Bakının “İnter” klubunun müdafiəçisi Valeri Abramidze Qol.Az saytına müsahibəsində Avropa Liqasında Estoniya “Trans”ına qarşı keçirilmiş birinci oyun, eləcə də iyulun 12-də baş tutacaq cavab qarşılaşması haqda danışıb
- “Trans” üzərində bu cür böyükhesablı qələbə qazanacağınızı gözləyirdin?
- Düzdü, səfərə qələbə dalınca gedirdik. Lakin səmimi desəm, rəqibimizi belə darmadağın edəcəyimizi gözləmirdim.
- Kənardan belə təəssürat yaranırdı ki, sanki rəqibiniz mübarizə aparmaq istəmir.
- Kim deyir ki, onlar mübarizə aparmırdılar? Ola bilər siz hesab böyük olduğu üçün belə fikirləşirsiniz. Ancaq onlar asanlıqla uduzmağı düşünmürdülər. Pressinq edərək mübarizə aparırdılar. Sadəcə, ikinci vurduğumuz qoldan sonra “Trans”ın oyununda sınma baş verdi.
- Xeyli müddətdir, “İnter”in şərəfini qoruyursan. Bir təcrübəli futbolçu kimi yeni transferlərin oyunu haqda nə deyə bilərsən?
- Həmin gün Georgi Adamiya və Slavço Georgiyevski möhtəşəm idilər. Ümumiyyətlə, bu futbolçuların səviyyəsi və peşəkarlığına söz ola bilməz. Oyunda onların “İnter”in yeni futbolçuları olduğu hiss olunmurdu. Özünüz də gördünüz ki, qələbədə ən böyük pay sahiblərindən biri oldular.
- “Trans”la təkrar qarşılaşma “İnter” üçün formal xarakter daşıyacaq...
- Mən fikirləşirəm ki, azarkeşlərimizi ilk görüşün nəticəsinə görə necə lazımdırsa, sevindirmişik. Əgər fantastika olmasa, ikinci mərhələyə keçdiyimizi söyləmək olar. Biz daha çox ikinci mərhələdəki rəqibimiz haqda düşünməliyik. Ona görə də bir qədər diqqəli və ehtiyatlı olmalıyıq.
- Növbəti rəqibiniz Yunanıstanın “Asteras” klubu haqda nə düşünürsən?
- Təbii ki, Yunanıstan təmsilçisi “Trans”dan qat-qat güclü komandadır. Yaddan çıxarmaq lazım deyil ki, “Asteras” Yunanıstan Super Liqsında mübarizə aparır və səviyyəcə çox yüksək klub hesab olunur. Məncə, “Asteras” “İnter”ə layiqli bir rəqibdir. Hətta Yunansıtan klubu olduğu üçün bizdən güclü olduğunu da söyləmək olar. Onlarla oynamaq çox maraqlı olacaq.
- “Asteras”ın baş məşqçisi Georgios Xaridis “Trans”la qarşılaşmada komandanızı yaxşı təhlil etdiyini söyləyib. O, zəif nöqtənizin müdafiənin mərkəzi olduğunu söyləyib. Onun sözlərinə görə, güclü təzyiq olan zaman səhv etməyə məcbur olursunuz.
- Bunlar onun şəxsi fikridir. Belədə ki, istənilən güclü komandaya qarşı təzyiq olanda səhvlər yaranır. Hətta güclü Almaniya millisi də belə səhvlərdən sığortalanmayıb. Ola da bilər ki, bu, rəqib məşqçinin oyunqabağı taktiki gedişidir.
- Bəs, “Asteras”la mübarizədə şanslarınızı necə dəyərləndirirsən?
- Yəqin ki, öz şanslarımız və taktiki gedişlərimiz haqda eston klubuyla ikinci görüşdən sonra düşünəcəyik. Ancaq Yunanıstan təmsilçisinə hörmətlə yanaşdığımızı söyləyə bilərəm. Biz istənilən rəqibə qarşı oynaya bilərik. Baş məşqçi və komandamıza çox inanıram.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər