Tıxacda qalan sürücülər yolda futbol oynadı (VİDEO)

VİDEO 10 İyul 2012 / 10:38 2325
-  A +

Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitələrini birləşdirən “Fateh Sultan Mehmet” (FSM) körpüsündəki təmir səbəbilə daha bir hərəkət zolağı məhdudlaşdırılıb.

Təmir səbəbilə körpünün giriş hissələrində böyük tıxaclar yaranıb. Xüsusilə İstanbul (Bosfor) boğazının Anadolu sahilində yaranmış tıxac səbəbilə FSM körpüsünün TEM avtobanı ilə birləşən hissəsində növbə meydana gəlib. Bu vaxt maşınlarından düşən dürücülər yolda futbol oynamağa başlayıb. Bu barədə məlumatı isə İstanbul bələdiyyəsi yollara nəzarət şöbəsinin operatoru Murad Kazanasmaz “Twitter” səhifəsində yazıb.

“Yolun təmir üçün bağlanmış hissəsində topla oynayan insanlar var. Çox uzaqdan görünür və ancaq bu qədər aydın görmək mümkündür. Topla oynayan insanlar bir az əvvəl daha çoxdu”.

Qeyd edək ki, sürücülərin topla oynaması İstanbul bələdiyyəsi yollara nəzarət şöbəsinin kamerası tərəfindən qeydə alınıb.



anspress.com

Daha çox


Son xəbərlər