“Bakı” klubunun baş məşqçisi Novruz Əzimovun Qol.Az saytına müsahibəsi
- Hazırda komandanızda əhval-ruhiyyə necədir?
- Pis deyil. Artıq ilk qarşılaşmanı unudaraq, səfər oyununa tam köklənməyə çalışırıq.
- Oyunöncəsi heyətdə futbolçularla bağlı zədə varmı?
- Belə bir problemimiz yoxdur.
- Yəqin ki, ilk qarşılaşmada meydanda olan heyətdə dəyişiklik edəcəksiniz?
- Dəyişiklik olacaq. Lakin kimlərə əsas heyətdə yer verəcəyimi indidən söyləmək istəmirəm.
- Səfərdə tam olaraq hücum futbolu nümayiş etdirəcəksiniz, yoxsa?
- Biz səfərdə futbol oynamağa çalışacağıq. Kim deyirsə ki, səfər qarşılaşmasında ancaq hücum futbolu oynayacağıq, o özünə gülür. Futbolda həm əks-hücum, həm də müdafiə olur. Bakıdakı oyunda düz-əməlli hücum edə bilmədik. Tək 2-3 oyunçu deyil, bütün futbolçular səviyyəsindən aşağı çıxış etdilər.
- Səfərdə “Mura”yla qarşılaşmada yeni bir taktikayla oynayacağınızı söyləmək olar?
- Yeni bir taktika olmayacaq. Komanda bu taktikayla oynayacaq.
- Sürəti və texnikasıyla seçilən hücumçu Nurlan Novruzova şans vermədiyiniz üçün çox tənqid olundunuz. Bu dəfə necə olacaq?
- Mən heç bir futbolçunu ayrıca fərqləndirmək istəmirəm. Bütün futbolçular oyuna maksimum dərəcədə hazırlaşırlar. İstənilən futbolçunu istənilən vaxtı meydana sala bilərəm. Eləcə də, Nurlan Novruzovu.
- “Mura”nın baş məşqçisi və futbolçuları doğma meydanda daha çox hücum futbolu oynayaraq qol vurmağa çalışacaqlarını bilidirb. Bu barədə nə deyə bilərsiniz?
- Bunu təbii qarşılamaq lazımdır. Çünki onlar da qələbə üçün oynayacaqlar. Rəqibin təkcə əks-hücumlara bel bağlayacağını söyləmək düz olmaz. Birdə ki, rəqibin hücum futboluna üstünlük verməsi bizim üçün əlverişli olar. Daha çox təhlükəli vəziyyətlər yarada bilərik.
- İlk oyunda “Mura” üzərində qələbə qazana bilmədiyiniz üçün rəhbərlik tərəfindən sizə və futbolçulara irad bildirilib?
- Bəli, iradlar olub. Belə götürəndə, meydanda baş məşqçi oynamır. Əgər futbolçular verilən tapşırıqların 70 faizi yerinə yetirsəydi, qalib gələrdik. Sözsüz ki, məğlubiyyətdə daha çox baş məşqçi günahkar sayılır. Rəhbərliklə birgə mən və futbolçuların nələrin müzakirə etməyimiz isə artıq klubun daxili işidir. Vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur.
- Növbəti mərhələyə keçmək şanslarınızı necə dəyərləndirirsiniz?
- Fikrimcə, mərhələ adlayan tərəf biz olacağıq. “Bakı” öz oyununun səksən faizini göstərə bilsə, ikinci mərhələdə mübarizə aparan tərəf biz olacağıq.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı