Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun köməkçisi, veteran futbolçumuz Nazim Süleymanov Qol.Az-a müsahibəsində klublarımızın Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirdikləri ilk oyunlara münasibət bildirib
- İlk olaraq mübarizəyə “Xəzər Lənkəran” başladığından birinci onların çıxışına münasibət bildirməyinizi istərdik...
- “Xəzər Lənkəran”ın oyununa baxmadım, amma nəticə mənə pis təsir etdi. Bildiyiniz kimi, həmin oyuna Berti Foqts özü getmişdi, mən isə “Bakı” - “Mura-05” görüşündə idim. Deyilənə görə, “Xəzər Lənkəran” yaxşı oynayıb, çoxsaylı qol epizodlarını boşa verib. Deyəsən, hakimin də səhvi olub, amma buna baxmayaraq, gərək futbolçu səhv etməsin. Səhv etməsin ki, qol da buraxmasın. Bununla belə, düşünürəm ki, şans qalıb, həm “Xəzər Lənkəran”, həm də “Bakı” bu mərhələni keçə bilər və keçməlidir. Biz də onlara uğurlar arzulayırıq.
- Bəs, “İnter”in səfərdə “Trans”a 5:0 hesabıyla qalib gəlməsi sizin üçün gözlənilməz olmadı ki?
- Gözlənilməz deyəndə, biz daha çox az qol vurmağa öyrəşmişik. Amma bu, futboldu və əgər komanda, futbolçu buna ciddi yanaşarsa, nəticəsini də mütləq görəcək.
- “İnter”i artıq növbəti mərhələdə saymaq olar?
- Bəli. Məncə, burada möcüzə ola bilməz və “İnter” artıq növbəti mərhələyə vəsiqəni təmin edib.
- Çempionlar Liqasındakı təmsilçimiz olan “Neftçi”dən nə gözləyirsiniz? Sizcə, bakılılar “Zestafoni” səddini keçə biləcək? Hər halda gürcü futbolu da sizə tanışdı...
- Əlbəttə ki, biz, hər bir klubumuzdan yaxşı nəticələr istəyirik və bunu gözləyirik. İstəyirik ki, klublarımız mərhələlər keçməklə həm öz reytinqlərini, həm də ölkə futbolunun reytinqini qaldırsınlar. Şansa gəlincə, hər şey planlı şəkildə olmalıdır. İlk oyun ayın 17-də Bakıda olacaq və səhv etmirəmsə, saat 20:00-da start götürəcək. Deməli, həmin anda “Neftçi”nin futbolçuları tam formada olmalıdır. Digər komandalarımızdan gözlədiyimiz qələbəni “Neftçi”dən də gözləyirik.
- Az öncə dediniz ki, “Bakı”nın oyununu izləmisiniz. Yerli futbolçular, milli üzvləri necə təsir bağışladı?
- Yerli oyunçu deyəndə ki, start heyətində cəmi iki azərbaycanlı meydançaya çıxmışdı -qapıçı Aqil Məmmədov və müdafiəçi Cəmşid Məhərrımov. Rəhman Hacıyevlə Elvin Məmmədov isə sonradan oyuna daxil oldular. Ancaq deyim ki, onların meydançaya çıxması ilə oyun canlandı. Hər ikisi oyunu üzərinə götürüb qapıya zərbələr endirməyə başladılar. Biz də çox istərdik ki, meydançada yerli futbolçuların sayı daha çox olsun.
- Adlarını çəkdiyiniz futbolçuların oyunu sizi qane etdi?
- Qismən. Aqilin çıxışda bir səhvi oldu və gərək bir daha elə səhv olmasın. Bundan başqa, yaxşı olardı ki, Cəmşid hücuma daha çox qoşulsun və daha çox cinah ötürmələri etsin. Elvinlə Rəhman da dediyim kimi, oyunda canlanma yaratdılar, amma yenə də öz üzərlərində çox işləməlidilər. Bu arada, kənardan çoxları Rəhman haqqında deyir ki, boyu balacadır, amma qızıl da həcmcə balacadır. Ancaq dəyərinə baxın.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı