Daha bir vəhşilik Braziliyada (VİDEO)

VİDEO 9 İyul 2012 / 00:14 2717
-  A +

Futbol dünyası daha bir vəhşiliyin şahidi olub. Qol.Az-ın məlumatına görə, Braziliya çempionatında keçirilən "Aguia de Maraba" - "Remo" matçında xoşagəlməz anlar yaşanıb. Meydan sahiblərinin futbolçusu Aleksandr Karioka rəqib oyunçu Remolu Aldivan Alves Soaresə fotoqrafların aparatlarını tənzimləmələri üçün istifadə etdikləri dəmir parçası ilə zərbə endirib. Ağrıdan yerdə qalan futbolçu dərhal xəstəxanaya çatdırılıb. Karioka isə polis tərəfindən saxlanılıb. Lakin Aldivanın şikayətçi olmaması səbəbindən Karioka sərbəst buraxılıb. Həmin oyunda baş verənləri təqdim edirik:




Son xəbərlər