Avropa Liqasının I təsnifat mərhələsində evdə Bakının “İnter” klubuna 0:5 hesabıyla uduzan Estoniyanın “Trans” klubunun kapitanı Stanislav Kitto Qol.Az saytına müsahibə verib.
- 2 gün bundan qabaq nə baş verdi, niyə bu cür ağır hesabla məğlub oldunuz, ümumiyyətlə, 0:5 hesabıyla məğlub olacağınızı gözləyirdin?
- Düzü, nə baş verdiyini özüm də bilmirəm. 0:5 hesabıyla məğlub olacağımız heç ağlıma da gəlmirdi. Yalnız onu bilirəm ki, çox bərbad oynadıq.
- Oyunun qırılma nöqtəsi hansı an oldu?
- Məncə, ikinci topu buraxandan sonra uşaqlarda ruh düşkünlüyü yarandı. Düzdür, matçdan öncə də “İnter”in favorit olduğunu bilirdik. Ancaq hesabın bu cür böyük olacağı da ağlımıza gəlməzdi.
- Cavab oyunundan nə gözləyirsən?
- Çətin olacaq. Real danışsaq, Bakıda “İnter”ə 6 qol vurmaq mümkünsüzdü. Ancaq yenə də bacardığımızı edəcəyik ki, heç olmasa, layiqli oyun ortaya qoyaq.
- Sizdən fərqli olaraq, həmyerliləriniz “Nomme Kalyu” futbolçuları səfərdə “Xəzər Lənkəran”la heç-heç oynadılar...
- “Nomme Kalyu”nun güclü heyəti var və unutmayaq ki, onlar hazırda Estoniya çempionatının lideridir. Bu mənada onların “Xəzər Lənkəran”la heç-heçə oynamasını sensassiya kimi qəbul etmədim.
- Necə düşünürsən, “Nomme Kalyu” “Xəzər Lənkəran” səddini keçə biləcək?
- Düşünürəm ki, şansları çoxdur. Cavab oyununu evdə oynayacaqlar. Səfərdə də 2 qol vurublar. Bu isə “Nomme Kalyu”nun mərhələ keçmək şansının daha çox olduğunu göstərir.
Anar XANLAROV
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi