Avropa Liqasının I təsnifat mərhələsində evdə Estoniyanın “Nomme Kalyu” klubu ilə 2:2 oynayan “Xəzər Lənkəran”ın serbiyalı hücumçusu Branimir Subaşiç Qol.Az saytına müsahibə verib.
- Çoxları bu oyunda “Xəzər Lənkəran”dan qələbə gözləyirdi. Uğur qazanmağınıza nə mane oldu?
- Açığı, bu gün nəticəyə görə çox təəssüflənirəm. “Xəzər Lənkəran” bu günə kimi avrokuboklarda qələbə qazana bilməmişdi. Bu gün bunu reallaşdırmaqm istədik, amma alınmadı. Çox üzülürəm. Ancaq buna baxmayaraq, inanıram ki, Estoniyadakı cavab matçında qələbə qazana biləcəyik.
- İkinci oyunda mərhələ keçəcəyimizə əminsən?
- Bəli, bu mümkündür və buna şübhə eləmirəm. Çünki gücümüz mərhələ keçməyə imkan verir. Özünüz də gördünüz ki, nə qədər imkanımız oldu. Elə 2 dəfə top qapı dirəyinə dəydi. Digər imkanları hələ demirəm. Neyləmək olar, futbolda bəzən belə də olur. Ancaq yenə deyirəm, gücümüz mərhələ keçməyə imkan verir.
- Rəqib haqqında nə deyə bilərsən?
- Pis komanda deyillər. Həm də unutmayaq ki, hazırda onlarda çempionat gedir və “Nomme Kalyu” futbolçuları daha çox oyun praktikasına malikdi. Biz isə təlim-məşq toplanışından sonra ilk oyunumuza çıxırdıq. Lakin mən özümüzü onlardan daha güclü hesab edirəm.
- Ancaq “Nomme Kalyu”nun baş məşqçisi deyib ki, artıq növbəti mərhələyə biz daha yaxınıq, nəinki “Xəzər Lənkəran”. O, buna səbəb kimi səfərdə 2 qol vurmalarını göstərib.
- Razıyam, səfərdə vurulan 2 qol böyük üstünlük sayılır. Məsələn, əgər hesab 0:0 olsaydı, o zaman estonların şansını o qədər də yuxarı qiymətləndirmək olmazdı. Ancaq 2:2, artıq onların şansını artırır. Bütün bunlara baxmayaraq, mən öz fikrimcə qalıram və düşünürəm ki, biz növbəti mərhələyə yüksəlməyi bacaracağıq. Bunun üçün tezliklə toparlanmaq və cavab oyununda səhv buraxmamaq lazımdır.
- Oyunun sonlarına yaxın qol vurmaq üçün çox yaxşı bir imkanın olsa da, topu qapının yanından vurdun. Düşünmürsən ki, həmin epizodda bir qədər dəqiq olsaydın, komandana qələbə qazandıracaqdın?
- Bildim hansı epizodu deyirsiniz. Düzdür, o epizodda qol vura bilərdim. Sadəcə, zərbə istədiyim kimi alınmadı və top qapının yanından keçdi. Ondan başqa, daha bir neçə epizodda real şansımız oldu. Nə deyə bilərəm, top sanki qapıya girmək istəmirdi.
- “Xəzər Lənkəran” azarkeşləri səndən çox narazıdır və düşünürlər ki, Subaşiçin gücü komandaya uğur qazandırmaq üçün yetərli deyil, komandaya təcili səviyyəli hücumçu alınmalıdır. Onların bu fikrinə münasibətin necədir?
- Bilirsiniz, komandaya təkcə hücumçu yox, hər mövqeyə oyunçu lazımdır. Bir mövqeyə ən azı iki eynisəviyyəli futbolçu lazımdır ki, rəqabət olsun. Bəli, hücumçu da alınamıdır, mən bunun əleyhinə deyiləm. Komandanın baş məşqçisi var, rəhbərliyi var, lazım olarsa, onlar bu məsələni həll edəcəklər. Mən öz məşqimi edirəm. Azarkeşlərin dediklərinə gəlincə, bu, onların şəxsi fikridir və hörmətlə yanaşıram.
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video