“Xəzər Lənkəran” klubunun icraçı direktoru Höccət Hacıyev komandalarının dünən Avroliqada Estoniyanın “Nomme Kalyu”ya qarşı keçirdikləri oyunla (2:2) əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- Qələbə qazana bilməməyinizə nə səbəb oldu?
- Hamınız gördünüz ki, “Xəzər Lənkəran” bu qarşılaşmada çox üstün idi. Vurduğumuz qollardan başqa top iki dəfə qapı dirəyinə dəydi. Eyni zamanda rəqibin qapıçısının inamlı oyununu da qeyd eləmək lazımdır. Ümumi götürəndə, komandamız matça çox yaxşı köklənmişdi və oyunu yüksək səviyyədə keçirdi. Sadəcə, bəxtimiz gətirmədi.
- Komandanızın qapısına vurulan qollar kobud səhvlər nəticəsində baş verdi. İlk səhv isə Kamran Ağayev tərəfindən oldu...
- Bəli, sizinlə razıyam ki, səhvlər edildi. Əgər bu səhvlər olmasaydı, nəticə də başqa cür olardı. Bir şeyi deyə bilərəm ki, səfərdə də evdəki kimi oynasaq, növbəti mərhələyə keçə biləcəyik.
- Erkən qol buraxmağınız komandanızın oyununa necə təsir etdi?
- Bu amil futbolçulara psixoloji baxımdan təsir göstərir. Demək olar ki, hücumu olmayan bir komandadan qol buraxmaq təsirli olur. Əgər ilk qolu biz buraxmasaydıq, böyükhesablı qələbə də qazana bilərdik.
- Baş məşqçiniz Yunis Hüseynov görüşün baş hakimindən narazı qalıb. Bəs, siz hakimlik haqda nə deyərdiniz?
- Bütün dünyada görünüb ki, hakimlərin meydan sahiblərinə az da olsa, simpatiyası olur. Lakin bu hakim doğrudan da, nə qərar verdiyini özü də bilmirdi. Hakim özünü əməlli-başlı itirmişdi. Məncə, hakim bizə qarşı çox qərəzli idi. Rəqib ikinci qolu cərimə zərbəsindən vurdu. Lakin həmin epizodda cərimə zərbəsindən söhbət gedə bilməzdi. Hakimin belə səhvləri qələbə qazanmağımıza mane oldu.
- Bir çoxları deyir ki, “Xəzər Lənkəran”ı səfərdə ağır oyun gözləyir. Bəziləri isə düşünür ki, ümumiyyətlə, mərhələ adlaya bilməyəcəksiniz.
- Mən deməzdim ki, ağır oyun olacaq. Bir daha deyirəm, dünənki kimi oynasaq, qələbə qazanacağıq. Baş məşqçi və futbolçulara rəhbərlik tərəfindən mərhələni adlamaq tapşırığı verilib.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video