Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Sloveniyanın “Mura-05” klubu ilə qarşılaşacaq “Bakı”nın baş məşqçisi Novruz Əzimov oyunöncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, baş məşqçi ənənəvi olaraq, komandasının hazırlığından və düşərgədəki son durumdan danışıb: “Düşünürəm ki, komandamız “Mura-05”-lə oyuna 70-80 faiz hazırdı. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Təbii, problemlər var. Konkret hücum xəttini nəzərdə tuturam. Ancaq buna baxmayaraq, qələbə üçün oynayacağıq. Eyni zamanda unutmayaq ki, müdafiəni də yaddan çıxarmaq olmaz. Yaxşı hücum etdiyin kimi, gərək diqqətli də müdafiə olunasan”.
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovdan fərqli olaraq, Əzimov bu günkü oyunda meydançaya buraxacağı start heyətini müəyyənləşdirmədiyini dedi: “Start heyətiylə bağlı hələ son qərarımı verməmişəm. Nurlan Novruzovu oyuna hazır sayıram. Ancaq məsələ burasındadır ki, onun yetərincə oyun təcrübəsi yoxdur. Odur ki, 100 faiz meydançaya çıxacağını deyə bilmərəm. Parksa gəlincə, o maksimum bir hissə oynaya bilər. Yalnız növbəti mərhələdə 90 dəqiqə meydançada ola bilər”.
“Bakı”nın baş məşqçisi “Mura-05”-in viza problemi səbəbindən hələ də ölkəmizə gələ bilməməsini və yalnız oyun günü Bakıda olacağının onlar üçün elə də böyük üstünlük olmadığını düşünür: “Mura-05”in Bakıya gecikməsinin bizim üçün böyük üstünlük sayıla bilməz. Əksinə, onlar daha böyük motivasiya ilə oyuna çıxacaqlar. Yadımdadır, 1984-cü ildə biz də “Karpatı” ilə oyuna gec getmişdik. Ancaq oyunu yüksək səviyyədə keçirdik və evə 1 xalla döndük”.
52 yaşlı mütəxəssis heyətə yeni futbolçu cəlb olunacağının mümkünlüyünü də bildirib: “Yeni transferlər olacaq. Hazırda bir hücumçu və bir qapıçı axtarırıq. Hazırkı qapıçımız Aqil Məmmədova çox güvənirəm. O, oyuna hazırdı. Yeni qapıçı məsələsinə gəlincə, bildiyiniz kimi, bu sahədə iş də gördük, qapıçı da tapdıq, razılıq da əldə etdik. Lakin biri zədəli çıxdı, digər ikisi də əvvəl söz verdi, razılıq əldə olundu, hətta klubumuzun bazasına da təşrif buyurdu. Lakin sonradan gözlənilmədən verdikləri sözlərin üstündə durmadılar və Bakını tərk etdilər”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı