Sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, o, ilk öncə komandasının hazırlıq prosesi haqqında danışıb: “Hazırlığımız pis getmir, əsas odur ki, düşərgədə zədəli və xəstə futbolçu yoxdur. Bundan öncə Avstriyada toplanış keçmişdik və həmin toplanışın da nəticəsindən narazı qalmadım. Artıq sabahkı oyunu gözləyirik və inanıram ki, azarkeşləri sevindirə biləcəyik”.
47 yaşlı mütəxəssis “Xəzər Lənkəran” azarkeşlərini daha çox narahat edən hücumçu probleminə də toxunub: “Mən də komandaya hücumçu lazım olduğunu bilirəm, özüm də bu mövqeyə futbolçu götürmək istəyirdim. Bu məqsədlə baxışa hücumçular da dəvət etdik. Ancaq onların hazırlıq səviyyəsi məni qane etmədiyindən heyətimizə qatmadıq. Lakin bu, o demək deyil ki, bu səhifəni bağlamışıq. Xeyr, hücumçu axtarışlarımız davam edir. Yerli futbolçularla da maraqlandıq mən özüm də azərbaycanlı hücumçu ilə anlaşmağın tərəfdarı idim. Ancaq razılığa gələ bilmədik”.
Bütün bu çətinliklərə baxmayaraq, Hüseynov sabahkı qarşılaşmada əsas hədəflərinin tarix yazmaq olduğunu bildirib: “Xəzər Lənkəran” yarandığı tarixdən bu yana hələ ki, avrokuboklarda qələbə qazanmayıb. Odur ki, sabah tarix yazmaq istəyirik. Problemlərə baxmayaraq, hücum futbolu oynayacağıq. Lazım gəlsə, müdafiəçiləri də hücumda oynadacam”.
“Xəzər Lənkəran”ın baş məşqçisi əsas heyəti beynində müəyyənləşdirdiyini desə də, bunu sabah açıqlayacağını vurğulayıb. O, rəqib haqqında da fikirlərini bölüşüb: “Estoniya klubunun iki oyununun videoyazısına baxmışam. Normal komandadır. Məşqlərinə də baxdım. Daha çox əks hücumlara üstünlük verdikləri hiss olunur. Bir də yaxşı qışqırmaqları var. Zəif cəhətlərini isə sabah deyəcəm”.
3:0, 4:0 hesabıyla qələbə qazanmaq istəyində olduğunu deyən Hüseynov ona ünvanlanan “Əgər növbəti mərhələyə keçə bilməsəniz nə olacaq?” sualına konkret cavab verib: “Belə şey olmayacaq, biz, mərhələni keçəcəyik”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır