“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov sabah Avropa Liqasının birinci təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubuna qarşı keçiriləcək oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Hazırda komandanızda əhval-ruhiyyəsi hansı səviyyədədir?
- Çox əladır. Futbolçular məşqlərdə çox səylə çalışırlar. Bütün komanda qarşılaşmaya hazırlaşırıq. Hələlik heç nədən narazı deyiləm.
- Komandada nə kimi yenilik var?
- Hələ heç bir yenilik yoxdur. Bildiyiniz kimi, Skarlatake yenidən “Xəzər Lənkəran”a qayıdıb, yeni transferlərimiz Ruslan Abışovla Ağabala Ramazanov da həvəslə çalışırlar. Onlara ümidim böyükdür.
- Heyətdə zədə sarıdan problem yoxdur ki?
- Xeyr. Ümid edirəm ki, vacib görüşümüzə qədər belə bir şey olmayacaq.
- Təlim-məşq prosesi zamanı komandanı yaxşı hazırlaya bildiniz? Ümumilikdə, toplanışdan və komandadan razı qaldınız?
- Həm məşq proseslərindən, həm də yoldaşlıq görüşlərindən narazı qalmadım. Yəni razı qaldıqlarımla bərabər, narazılıqlarım da oldu oldu.
- Yoldaşlıq görüşündə böyükhesablı məğlubiyyət də yaşadınız. Bu barədə nə deyə bilərsiniz?
- Həmin oyunda 2:5 hesabıyla uduzsaq da, komandadan narazı deyiləm. İlk yarıda əsas komandanın oyunçuları çıxış edərkən 2:1 hesabıyla irəlidəydik. Lakin sonradan dəyişiklik edərək, meydana baxışda olan səkkiz nəfəri daxil etdim. Ona görə də bu hesabla məğlub olmağımız təbiidir.
- Baxışa gələn futbolçulardan heç birini komandada saxlamamağınızın səbəbi nə oldu?
- Hardasa on nəfəri baxışdan keçirdim. Sadəcə, onların səviyyəsindən narazı qaldım. Yəni, heç birinin çıxışı məni qane etmədi. Hamısı zəif idilər. Bir sözlə, “Xəzər Lənkəran”a güc verə biləcək futbolçular deyildilər. Mənim çalışdığım odur ki, 1-2 futbolçu transfer edək. Lakin onlar komandaya kömək edə biləcək gücdə olmalıdırlar.
- Bəs, transfer məsələsini həll etmək üçün nə edirsiniz?
- Bu boşluqları aradan qaldırmaq üçün yaxşı legioner oyunçu axtarışındayıq.
- Siz demisiniz ki, komandanın hücum xəttində problem var. Bunu aradan qaldırmaq üçün nə etməyi düşünürsünüz?
- Bəli, hazırda bu problem qalmaqdadır. Lakin elə bu gün də hücumçu axtarışındayıq. İnşallah, yaxın zamanda bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Ola bilər bu gün, ola bilər sabah, komandaya hücumçu cəlb edək. Bacardığımız qədər bu məsələni həll etməyə çalışırıq.
- Artıq sabah doğma meydanda Avroliqa turnirinin ilk qarşılaşmasına çıxacaqsınız. Bu çatışmazlığın sizə problem yaradacağından qorxmursunuz?
- Yox, inanmıram ki, bu bizə çox problem yaratsın. Ona görə ki, heyəti qoruyub saxlamışıq. Bu addım gələcək planlarımıza daxildir.
- Bəs, mərhələ adlamaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Futbolda arxayınçılıq olmaz. Ona görə də, rəqibimizə hörmətlə yanaşırıq. Çalışacağıq ki, istədiyimiz qələbəni əldə edək.
- Cütün taleyini ilk görüşdə həll etmək mümkün olacaqmı?
- Belə götürəndə, bu, bütün komandaların arzusudur. O cümlədən də bizim.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video