Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iyulun 5-də Sloveniyanın “Mura-05” klubunu qəbul edəcək “Bakı”nın syerra lioneli müdafiəçisi İbrahim Karqbo Qol.Az saytına müsahibə verib
- Artıq oyuna bir gün qalıb. Düşərgədə əhval-ruhiyyə necədir, oyun haqqında nə düşünürsən?
- İyulun 5-də ilk oyundur. Uğurlu nəticə qazanmaq üçün yaxşı şansımız var. Necə lazımdır hazırlıq keçmişik. Qalır, özümüzü meydançada sübut eləmək.
- Bildiyimizə görə, zədən var və məşqlərə də ayağında sarğı ilə çıxırsan. Durumun necədir?
- Bir az ağrı qalıb. Sadəcə, tam müalicə, bərpa keçmək üçün vaxtım yoxdur. Təsəvvür edin, millinin heyətində ard-arda 3 oyuna çıxdım. Oradan birbaşa komandamın hazırlıq keçdiyi Sloveniyaya yollanmışam və daha 3 oyun da orada keçirmişəm. Sloveniyadan qayıdandan sonra da Bakıda məşqlərimizi davam etdiririk. Gördüyünüz kimi, adi dincəlmək üçün belə vaxtım olmayıb.
- Elə isə maraqlıdır, həkimlər nə deyib, “Mura-05”ə qarşı tam gücünlə oynaya biləcəksən?
- Yox, bu barədə problem yoxdur, istənilən halda oynayacağam. Onsuz da mənim zədəm oldu, olmadı oynayıram (gülür). “Bakı”ya görə bir ayaqla da oynamağa hazıram.
- Matçın keçiriləcəyi stadion süni örtüklüdür. Bu cür meydançalar isə sağlam futbolçular üçün belə təhlükəlidir, o ki qaldı zədəli futbolçu ola. Bu amil səni narahat eləmir?
- Peşəkar futbolçu üçün örtüyün əhəmiyyəti olmamalıdı. Həm də nəzərə alaq ki, orada cəmi bir oyun oynayacağıq. Bir oyunla bizə nə olacaq ki? Əgər hər həftə süni örtüklü meydançada oynasaq, o zaman qasıqlarda ağrılar olar. Ancaq dediyim kimi, bir oyunla heç nə olmaz.
- İlk oyunla bağlı proqnozun?
- Mütləq iki qol vurmalıyıq. Amma onlar bizə neçəsini vuracaq, bax, bunu bilmirəm (gülür).
- Necə düşünürsən, iki qol vura biləcəksiniz?
- İnşallah. İnanıram ki, vuracağıq.
Anar XANLAROV
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı