“Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Yeni komandanda hazırlıqlar necə gedir? Uyğunlaşma prosesində çətinliklər yoxdur ki?
- Hər şey çox əladır. Komandanın məşqləri çox yüksək səviyyədə davam edir. İnşallah, iyulun 10-dan sonra Sloveniyaya təlim-məşq prosesini davam etdirməyə yollanacağıq. Artıq kollektivə uyğunlaşmışam. Klubun bazasına gələn kimi məni yaxşı qarşıladılar.
- Baş məşqçi Fatih Kavlakin sənə əsas heyətdə yer verəcəyinə inanırsan?
- Fatih bəy elə məşqçidir ki, öz işini əla bilir. Mənimlə söhbətində də komandaya lazımlı oyunçu olduğumu bildirmişdi. Əgər gəlmişəmsə, deməli, lazımlı futbolçuyam. Baş məşqçi özü də bildirmişdi ki, cavan futbolçuların səndən öyrənəcəyi çox şey var.
- Avrokubokların püşkatmasını komandalarımız üçün uğurlu saymaq olar?
- Builki püşkatma komandalarımızın xeyrinə oldu. Yəni, ən azı ilk mərhələni rahat keçəcəklərini söyləmək olar. Bircə qalır bu şanslardan yaxşıca yararlanmaq. Hər bir klub Azərbaycan futbolunun reytinqini qaldırmaq üçün əlindən gələni etməlidirlər.
- Sabiq komandan “Neftçi” haqda nə deyə bilərsən?
- Onlara yaxşı rəqib düşüb. “Zestafoni”ni keçə bilərlər. Hələ keçən il “Neftçi”də olanda həmin klubu rəqib kimi bizə düşəcəyinə ümid edirdik. Lakin daha güclü Zaqreb “Dinamo”suyla üz-üzə gəldik. Problem ondan ibarətdir ki, əsas heyətdən bir çox futbolçu komandadan gedib. “Neftçi”nin “qol maşını” Bahadır Nəsimov isə uzun müddətlik sıradan çıxıb. Bunu həqiqətən “Neftçi” üçün itki saymaq olar. Hər şey öz əllərindədir.
- Bəs, “Bakı” haqda nə düşünürsən?
- Mən onların “Mura”yla yoldaşlıq görüşlərini izləmişdim. “Bakı” böyükhesablı qələbə qazanmışdı. Ancaq Avroliqa qarşılaşmasında yenidən belə bir hesab qeydə alınacağı inandırıcı görünmür. Məncə, bu görüş çox ağır olacaq. Təmsilçimiz evdə uğurlu nəticə qazanmalıdır ki, səfərdəki oyuna bir qədər rahat çıxsın. Düşünürəm ki, onlarla oynamaq olar. Üstünlük “Bakı”nın tərəfindədir.
- “Xəzər Lənkəran” və “İnter” barədə də eyni sözləri demək olar?
- “Xəzər Lənkəran”nın eston təmsilçisini mübarizədən kənarlaşdırması real görünür. Təcrübəli məşqçilərinin olması, Avroliqada indiyənə kimi mərhələ keçməməsi onlara əlavə stimul olacaq. “Xəzər Lənkəran”ı çox üstün hesab edirəm. Mən cənub komandasının heyətində oynayanda təlim-məşq toplantılarında eston klublarıyla yoldaşlıq görüşləri keçirirdik və rəqibləri rahatlıqla udurdu. “İnter”ə gəldikdə, baş məşqçi Kaxaber Sxadadzenin texniki və taktiki uğurunu xüsusi vurğulayardım. Çempionatda özünüz də gördünüz ki, zəif bir heyətlə hara qədər gəlib çıxdı. Həmçinin “İnter”in heyətini demək olar ki, xeyli vaxtdır qorumağı bacarıb. Onların da ilk mərhələni adlamaq baxımından problemləri olmayacaq.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video