Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iyulun 5-də Sloveniyanın “Mura-05” klubunu qəbul edəcək “Bakı”nın xorvatiyalı yarımmüdafiəçiqi Aleksandr Şoliç Qol.Az saytına müsahibə verib
- Şoliç, hazırlıq necə gedir?
- Normal, hər şey qaydasındadır, meydança, şərait, məşqlər də həmçinin.
- Komandada əhval-ruhiyyə necədir?
- Əhval-ruhiyyə super. Artıq oyuna 2 gün qalıb və düşünürük ki, bu oyunu necə lazımdır oynayıb lazım olan nəticəni qazanmalıyıq.
- Hava barəsində də bəxtinizin gətirdiyini demək olar? Son günlər çox sərin keçir...
- Bəli, bəli hava da superdi. Sloveniya ilə müqayisədə burada daha sərindi.
- Nəzərə alaq ki, oyun süni örtüklü meydançada keçiriləcək. Sizin məşq keçdiyiniz və ev oyunlarını oyandığınız meydançalar isə təbii örtüklüdür. Bu amil, sizə problem yaratmayacaq?
- Ümumiyyətlə, mən özüm təbii meydançada futbol oynamağı sevirəm. Ancaq “Dalğa Arena” yaxşı stadiondu, demək olar, təbii örtük kimidir. Bu mənada düşünmürəm ki, hansısa problemimiz olsun. Üstəlik, orada kubokun finalını oynamışıq və qalib gəlmişik. Deməli, həmin meydança bizə düşərlidir (gülür).
- Şansları necə dəyərləndirirsən? Böyük əksəriyyət “Bakı”nı favorit sayır...
- Mən də düşünürəm ki, biz favoritik. Sadəcə, istəyirəm, hamı başa düşsün ki, bu, asan oyun olmayacaq. Toplanış dövründə rəqibi 4:0 məğlub etməyimiz heç kimi aldatmasın. “Mura-05” həmin oyunda əsas heyətin yarıdan çoxunun xidmətindən istifadə etmədi. Deyərdim ki, rəqibin yaxşı heyəti var. Həm də unutmayaq ki, onlar Sloveniya çempionatında 3-cü pilləni tutublar. Odur ki, yaxşı olar ki, iki qol vurub qapımızı toxunulmaz saxlayaq.
- Səncə, 2:0 mərhələ keçmək üçün kifayət edər?
- 1:0 da kifayət edər. Əsas odur ki, qol buraxmayaq.
- Bilirik ki, bu yaxınlarda oğlun dünyaya gəldi. Sən isə verdiyin açıqlamanda demisən ki, “Mura-05”ə qol vurub bunu oğluna həsr etmək istəyirəm. Oğlun səndən qol gözləyir...
- Bəli, bu sözümü xatırlayıram və çox istəyirəm ki, verdiyim sözü tutum. Əgər mənə oynamaq şansı verilərsə, çalışacağam bu qolu vurum.
Anar XANLAROV
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi