Bu gün UEFA Çempionlar Liqasında 2012/2013 mövsümünə start verilib.
Qol.Az-ın məlumatına görə, 6 komandanın mübarizə apardığı bu mərhələnin bütün görüşləri eyni gündə baş tutub.
İlk öncə meydana "Dudelanj" (Lüksemburq) və "Tre Penne" (San Marino) komandaları çıxıb. Lüksemburq təmsilçisi rəqibə aman verməyib. Doğma meydanda 7 cavabsız qolla qalib gələn "Dudelanj" səfər matçına olduqca rahat yollanacaq.
Günə isə "Linfild" (Şimali İrlandiya) – "Torşavn" (Farer adaları) matçı ilə yekun vurulub. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Cütün taleyinə bir həftə sonra aydınlıq gələcək.
Qeyd edək ki, bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubu mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Son Azərbaycan çempionunun rəqibi isə Gürcüstanın "Zestafoni" klubudur.
3 iyul
Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları
21:30. "Dudelanj" (Lüksemburq) - "Tre Penne" (San Marino) - 7:0
Qollar: Melisse, 25 (1:0), Benzouien, 29 (2:0), 53 (5:0), Leqros, 47 (3:0), Yoahim, 51 (4:0), 90 (7:0), Pakuale, 78-avtoqol (6:0)
22:30. "Valletta" (Malta) – "Lusitanos" (Andorra) - 8:0
Qollar: Karuana, 4 (1:0), Mifsud, 10 (2:0), 18 (4:0), 45 (6:0), 70 (7:0), Conatan, 17 (3:0), 23 (5:0), Agius, 72 (8:0)
23:45. "Linfild" (Şimali İrlandiya) – "Torşavn" (Farer adaları) - 0:0
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı