“Sumqayıt” klubunun yeni transferi Taner Taktak Qol.Az-a müsahibə verib.
- Yeni klubunda özünü necə hiss edirsən?
- Əla. Artıq “Sumqayıt”ın heyətində ilk məşqimə də çıxmışam. “Dalğa Arena”nı çox bəyəndim, çox yaxşı stadiondu.
- Komanda yoldaşlarınla ünsiyyətdə heç bir problemlə qarşılaşmadın?
- Xeyr, heç bir problem olmadı. Uşaqlarla türk və Azərbaycan dilində çox rahat anlaşırıq. Hətta, mən sizə bir söz deyim, Türkiyədə nənəmdən eşitdiyim ləhcəni Azərbaycanda da eşitdim. İndi mənə çatır ki, nənəm elə sizin ləhcə ilə danışırmış (gülür).
- “Sumqayıt”ın hədəfləri haqqında nə düşünürsən?
- Gənc, mübariz, əzmkar komandadır. Hədəfimiz bacardığımız qədər yüksək yerlərə oynamaqdır və inanıram ki, buna da nail ola biləcəyik.
- Klubunun bazası ilə tanış olmusan?
- Bəli, Mehdi Hüseynzadə adına stadionu gəzdim, orada gedən yenidənqurma işləri ilə də tanış oldum. Sumqayıt stadionunun ot örtüyü əladı. İnanıram ki, tezliklə bu ərazidə möhtəşəm baza və stadion olacaq.
- Ümumiyyətlə, ölkəmiz haqqında ilk təəssüratların necədir?
- Bakını gəzdim, dəhşət dərəcədə bəyəndim, xoşuma gəldi. Bulvarda da olmuşam. Eyni zamanda Sumqayıtı da gəzdim, bu şəhərin də dənizkənarı bulvarında oldum və bura da çox xoşuma gəldi. Sakit şəhərdi, geniş yolları var.
Anar XANLAROV
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu