“Qəbələ”nin yeni transferi Muammer Erdoğdu Qol.Az-a müsahibə verib
- Adətən audsayder komandanın futbolçularına o qədər də tələbat olmur. Bu mənada, sənin “Turan”dan “Qəbələ”yə keçidin gözlənilməz oldu...
- Artıq neçə müddətdir Azərbaycan çempionatında oynayıram, bu ölkənin futbolunu azdan-çoxdan tanıyıram. Düzdür, burada olduğum dövrdə yalnız audsayder komandada oynasam da, tədricən təcrübə toplamışdım və düşünürdüm ki, artıq hədəfi olan bir komandaya keçməyin vaxtıdır. Elə oldu ki, bu zaman “Qəbələ” variantı ortaya çıxdı.
- “Qəbələ” daha öncədən də səninlə maraqlanırdı, yoxsa təklif anidən oldu?
- Anidən oldu, amma mən də düşünmədən qəbul etdim.
- Bilirik ki, yeni komandanın baş məşqçisi Fatih Kavlak da türkdü. Bu amilin sənin keçidinə təsiri oldumu?
- İlk öncə onu deyim ki, futbolçunu bəyənib komandaya götürən baş məşqçidir. Əsas onun seçimidir. Bu mənada təbii ki, gəlişimdə əsas söz sahibi Fatih hoca oldu. O ki qaldı digər səbəbə, Kavlak məni türk olduğuma görə yox, oyunuma görə “Qəbələ”yə dəvət etdi.
- “Turan”la bağlı da bir sual vermək istərdik. Bu komandanın hazırkı durumuna yəqin ki, sən də üzülürsən. Niyə hər şey bu cür oldu və komandanın bundan sonrakı taleyi necə olacaq?
- Düzü, mən Türkiyədən yeni gəldiyimdən “Turan”dakı son durumdan xəbərim yoxdur. Ancaq çox istəyirəm ki, Tovuzda futbol olsun. Çünki oradan həmişə yaxşı futbolçular çıxıb, hər il ən azı 1-2 futbolçusu iddialı komandalara transfer olunur. İnşallah, yaxşı bir sponsor tapılar və “Turan” da bu ağır durumdan qurtular.
- Adətən, “Turan”dan futbolçular narazı ayrılırlar. Yəni onlara çatacaq pulu ala bilməmələrindən şikayətlənirlər. Bu barədə səninlə bağlı problem yaşanmadı ki?
- Xeyr, sağ olsunlar, heç bir problem olmadı, mənə də heç bir borcları yoxdur. “Turan” mənə çox şey qazandırdı.
- Məlum məsələdir ki, “Qəbələ” “Turan” deyil. Bu mənada əsas heyətə düşmək uğurunda səni ciddi rəqabət gözləyir...
- Təbii, başa düşürəm ki, “Qəbələ” “Turan” deyil. Məni ciddi rəqabətin gözlədiyini də gözəl bilirəm. Ancaq onu da deyim ki, sağlam rəqabət həmişə uğur gətirir. Mən də öz üzərimdə çalışıb əlimdən gələni edəcəyəm ki, mütəmadi olaraq, əsas heyətdə oynayım.
- “Qəbələ”nin növbəti mövsüm üçün hədəfləri nədir və buna nail ola biləcəksiniz?
- Çempionluq uğurunda mübarizə aparacağıq. Ən azı hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Komandanın artıq komplektləşmiş heyəti var. İnanıram ki, qarşıya qoyulan məqsədə çata biləcəyik.
Anar XANLAROV
Azərbaycan minifutbol millisi Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
FİFA-dan DÇ-2026 ilə bağlı sərt qadağa
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi