“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin Qol.Az saytına müsahibəsi
- Komandanızın Avstriyadakı təlim-məşq toplantısından razı qaldınmı?
- Əsas məqsədimz yaxşı məşqlər keçərək, qarşıdakı Avroliqa oyunlarına hazırlıq idi. Baxmayaraq ki, təlim-məşq toplantısına zədəli getmişdim, heç bir məşqdən kənar qalmadım. Artıq zədəmi bərpa edərək hazır vəziyyətdəyəm. Komandada əhval ruhiyyə isə çox əladır.
- Bəs, Avroliqada ilk qarşılaşacağınız Estoniyanın “Nomme Kalyu” klubu haqda nə deyə bilərsən?
- Rəqib haqda çalışıram ki, heç fikirləşməyim. Elə komanda yoldaşlarıma da məsləhət bildim ki, bu barədə çox düşünməsinlər. Çünki bu, yaxşı hal deyil. Qoy, rəqibimiz bizim haqda daha çox fikirləşsin. Biz çalışmalıyıq ki, özümüz və oyunumuz barədə düşünək. Elə çıxış etməliyik ki, həm məşqçimizi, həm də azarkeşlərimizi razı salaq.
- “Nomme Kalyu”nu “Xəzər Lənkəran”dan zəif sayanlar az deyil. Bəs, sən bu haqda nə düşünürsən?
- Bir şey söyləyə bilərəm ki, avrokuboklarda heç bir klub zəif deyil. Hərəsi özünə görə bir klubdur. Mübarizə aparmasa, heç bir klub qələbə qazana bilməz.
- Deməli, sən Estoniya klubunu bir çoxlarından fərqli olaraq, çətin komanda hesab edirsən?
- Çoxları bizi indidən fovarit hesab edir. Lakin bu, düzgün deyil. Adicə Avropa çempionatındakı bəzi oyunlara baxaq. Almaniya-İtaliya oyunundan öncə birincilər favorit idi. Lakin hər şey əksinə oldu.
- Bəs, rəhbərlik, komanda yoldaşların püşkün nəticəsini necə qarşladı? Bunu uğurlu hesab etdilərmi?
- Razı qalmaq deyəndə ki, bu haqda ümumiyyətlə, danışmırıq. Bir şeyi fikirləşirik ki, kimin bizə rəqib düşməyindən asılı olmayaraq, mərhələni keçməliyik. Gedib, Farer adalarını, Lixtenşteyni məğlub etmək adam başı aldatmaqdır. Rəqib kim olursa-olsun, zəhmət çəkib, mərhələni keçməliyik. Xalq bunu bizdən tələb edir. Bəli, artıq bunun vaxtı çatıb.
- Yeni transfer edilən komanda yoldaşın Ruslan Abışov haqda nə söyləyə bilərsən? Onun legioner həyatı yaşayacağı gözlənilsə də, “Xəzər Lənkəran”a keçdi. Özü də deyilənə görə, Azərbaycan futbolu üçün rekord məbləğə.
- Mən məsələnin maddi tərəfinə qarışmaq istəmirəm. Hər bir futbolçunun öz qiyməti var. Hamı aldığını alır. Bunu qoyaq bir qırağa. Futbolçu kimi isə Abışovu Azərbaycandakı bütün klublar öz heyətində görmək istiyərdi. Hətta bura bəzi xarici klubları da əlavə etmək olar. Ruslan öz seçimini etdi. İnşallah, yəqin ki, onun üçün uğurlu olacaq. O futbolu sevən və futbolla yaşayan bir insandır.
- Necə düşünürsən, Avroliqada mərhələlər adlamaq üçün 1-2 futbolçuların transferi yetərli olacaqmı?
- Niyə biz çoxlu transfer etmədik? Çünki “Xəzər Lənkəran”dakı futbolçular güclü oyunçulardır. Demək istəyirəm ki, heyətə gələn yeni futbolçular çox güclü olmalıdır. Birdə ki, bu, məşqçisi və rəhbərliyin işləridir. Sadəcə, buna öz münasibətimi bildirdim. Əsas odur ki, özümüzə güvənirik.
- Bir ara dedin ki, mövsümün sonu Avropa klublarına keçmək ehtimalın çoxdur. Bəs, bu variant niyə baş tutmadı?
- Çalışdım ki, bunu hələ saxlayım. Çünki şəxsi həyatımda bir az problem var. Ona görə də gedə bilmədim. Lakin “Xəzər Lənkəran”la müqaviləmin olmasına baxmayaraq, istənilən halda Avropa klubuna gedə bilərəm.
- Demək istəyirsən ki, bu bənd sənin müqavilənə daxildir?
- Bəli. Həm də bu sənəddə indi yox, neçə il əvvəldən var. Sadəcə, özümüzü şişirtmək, yalandan demək ki, məni filan komandadan istəyirlər, bunlar ucuz şeylərdir. Futbolçunu istəyən onun klubu ilə danışıq aparır. “Xəzər Lənkəran”la 10 illik müqavilən olsa belə, rəhbərlik səni Avropaya buraxa bilər. Ona görə də bu kluba hörmətim daha çoxdur.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video