İspaniya yığmasının baş məşqçisi Visente Del Boske bu gün “Avro-2012”nin finalında qarşılaşacaqları İtaliya millisi haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, Del Boske İtaliyaya qarşı üç hücumçu ilə oynayacaqlarını bildirib:
“Bütün komanda həmin üç nəfər hücumçuya kömək etməlidir. Hücumçular qol vurmağı öz öhdələrinə götürüb. Müdafiədən daha çox hücuma üstünlük verməliyik.
İtaliya hər zaman müdafiəyə daha çox diqqət ayırması ilə bilinir. Bununla belə, inanmıram ki, bu gün onlar bizə qarşı müdafiəyə yönümlü futbol nümayiş etdirəcəklər. Heç qrup mərhələsində belə onlar bizimlə müdafiə futbolu oynamadılar. İtaliya son zamanlar yüksəlişdədir və onlar finala layiq oyun göstərdilər. Bu matç indiyədək olanlardan təbii ki, daha çox önəmlidi. İki il ərzində üzərində çalışdıqlarımızı məhz bu gün sınaqdan keçirəcəyik”.
Təcrübəli mütəxəssis bugünkü matçda komandasının daha iddialı göstərilməsinə münasibətini açıqlayıb: “Keçmişə nəzər salmamalıyıq. Əgər ona qalsa italyanlar dörd dəfə dünya çempionu adını qazanıblar. İndiki vəziyyət haqda danışmaq daha yaxşı olardı. Biz italyanlarla eyni qrupda idik. Hər ikimiz oyunları penaltilərlə qazandıq və bizim oyun stilimiz oxşardır. Bu səbəbdən onlardan daha böyük üstünlüyümüz olduğunu düşünmürəm”.
Jurnalistlərin “ola bilərmi ki, sizin futbolçular qələbə qazanmaq arzusunu itiriblər?” sualına cavabında Del Boske bildirib ki, o futbolçularında belə halın yaşanmasına inanmır:
“Təbii ki, uğur çox olduqca çıxışlarda zəiflik yaranması mümkündür. Amma bir qrup peşəkar futbolçumuz var ki, onlar idmanın və rəqib ruhunun nə olduğunu çox gözəl dərk edirlər".
Del Boske Xavi haqda danışarkən deyib ki, o peşəkar futbolçudur və komandasının oyun stilinə diqtə edir.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu