Sabah Avropa çempionatı başa çatır. Təxminən 3 həftə başımızı qatan, problemlərdən qismən uzaqlaşdıran qitənin ən ali futbol yarışının finalında son dunya və Avropa çempionu İspaniya ilə eks dünya çempionu İtaliya qarşılaşacaq. Çempionun kim olacağını söyləmək çətindir, amma maraqlı oyun olacağına əminəm. Srağagünkü Almaniya – İtaliya oyununda çoxunun Almaniyanın finala vəsiqə qazanacağını düşünsə də, daha baxımlı oyun nümayiş etdirən ikincilər haqlı olaraq qələbə qazandılar. Artıq neçə ildir ki, həm dünya, həm də Avropa çempionatlarına favorit kimi qatılan almanlar əliboş qalırlar. Deyirəm, bəlkə son dəfə almanlara Avropa çempionu adını qazandıran Berti Foqstu yenidən yığmaya qaytaralar. Bəlkə alındı... Həm onların canı qurtarar, həm bizim.
Bundan bir gün öncə isə baş tutan digər yarımfinalda İspaniya qonşusu Portuqaliyanı evə yola salmışdı. Donetskdə baş tutan həmin görüşü türkiyəli Cüneyt Çakır idarə edirdi. Oyundan əvvəl Portuqaliya mətbuatı son vaxtlar ulduzu parlayan Cüneytin ispanlara kömək edəcəyi barədə xəbər yaymışdı. Guya UEFA-nın vitse-prezidenti Şenes Erzik ilə İspaniya Futbol Federasiyasının prezidenti arasında dostluq münasibətlərinə görə Cüneyt Çakır bu oyuna təyinat alıb və məqsədi ispanlara kömək etmək olacaqdı. Amma türk hakim qərarları ilə bu fikirlərin cəfəngiyyat olduğunu isbatladı və haqlı olaraq finala dördüncü hakim kimi də olsa, təyinat aldı. İspaniya-Portuqaliya oyunundan daha bir məqam – baxanlar yəqin ki, sağ qapının arxasında yan-yana asılmış iki Azərbaycan bayrağını görməmiş olmazlar. Qürurverici idi. Oyun bir yana, demək olar ki, matçın gedişində gözlərim stadionda bayrağımızı axtarmaqla məşğul idi. İki dənə də vardı. O bayraqları oradan asanları sağ olsunlar ki, bizə xoş hislər yaşatdılar. Milli çempionatımızın gedişində elə oyunlarda olmuşam ki, tribunalarda bir dənə də olsun Azərbaycan bayrağı olmayıb. Amma adama qayıdıb deyərlər azarkeş olur ki, özü ilə bayraq da gətirsin...
Avropa çempionatda futbolkalarında üzərində qarşılaşacaq komandaların bayraqları həkk olunur. Görəsən, nə vaxtsa bizim də “üçrəngli”miz orada olacaqmı? İnanmağım gəlmir... Millimiz bir yana Avropa çempionatına jurnalistimizin getməsi üçün də “seçmə mərhələ” keçməli deyilik ki... Yadıma həmkarım Aydın Bağırovun çempionatın gedişində yazdığı “Avro 2012 və Azərbaycan jurnalistləri” başlıqlı yazı düşdü. Aydının sözünə qüvvət, az-çox imkanları olan televiziyalarımız beləmi kasıbdılar ki, çempionatı işıqlandırmağa bir jurnalist belə göndərməmişdilər? Nəyə görə oyunöncəsi baş verənləri, atmosferi xarici telekanallardan izləməliyik?
İspaniya-Portuqaliya yarımfinalında matçsonrası penaltilər zamanı ispanların müdafiəçisi Serxio Ramosun vurduğu qolu aparıcımız “Pirlosayağı” adlandırdı. Ona görə ki, Pirlonun ingilislərə vurduğu penalti də eyni idi – zərbə zamanı qapıçı qapının küncünə dorğu tullanır, oyunçu isə paraşüt zərbə ilə topu qapıçının durduğu yerə vurur. Aparıcının səhvini tutmaq fikrindən uzağam. Sadəcə, həmin penaltinin başqa adı var və onu sizinlə bölüşmək istəyirəm. 1976-cı il Yuqoslaviyada təşkil olunmuş Avropa çempionatının finalında Çexoslovakiya ilə Almaniya Federativ Respublikası qarşılaşırdı. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşdə qalibi müəyyən etmək üçün oyunsonrası penaltilərə müraciət olundu. Çexlərin yarımmüdafiəçisi Antonin Panenka yuxarıda dediyim formada topu alman Zepp Mayerin qapısından keçirdi və bu oyunda çexlər birinci oldular. O vaxtdan bu tip penaltilərə “Panenka penaltisi” deyilir.
İlqar TAĞIYEV
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi