“Tərəqqi”nin baş məşqçisi Mahmud Qurbanov klubun mətbuat xidmətinə müsahibə verib. Qol.Az həmin müsahibəni təqdim edir:
- Mahmud müəllim, “Tərəqqi” də işlər necədir?
- Artıq komandanı qəbul etmişəm. Futbolçularla görüşdüm. İlk tanışlıqdan sonra qarşıya qoyulan məqsədlər barədə danışdıq. Mübariz və baxımlı futbol oynamağı bacaran bir komanda yaradacağımızı bildirdim. Hələ ki, bu qədər.
- Ötən mövsümdə “Tərəqqi”də çıxış etmiş futbolçularla işləmək fikriniz var?
- Hələlik bir söz deyə bilmərəm. Kollektivlə o qədər də yaxından tanış deyiləm. Yalnız bir-iki oyunun video yazısını izləmişəm. Təbii ki, toplanış zamanı onlar da məşqlərə qatılacaqlar. Yalnız bundan sonra futbolçular barədə qərar verə bilərəm.
- KİV-də “açiq qapı” ilə bağlı informasiyalar yayıldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Bəli, biz rəhbərliklə qərara gəldik ki, iyulun 2-də saat 5-dən etibarən özünə güvənən və futbolçu keyfiyyətlərinə malik olan 17-23 yaş həddində olan gəncləri baxışa dəvət edək. Biz həmin müraciət edən bütün futbolçuları nəzərdən keçirəcək, onları yoxlayacaq və tələblərimizə cavab verən anda komandaya dəvət edəcəyik.
- Gəncəyə məşqçi kimi dönüşünüz futbolçu karyeranız kimi uğurlu alınacaqmı?
- Bilirsiniz, bu barədə indidən danışmaq tezdir. Əsas məqsədim Gəncənin adına layiq komanda yaratmaqdır. Mübariz, intizamlı, baxımlı futbol oynamağı bacaran bir komanda. Təbii ki, növbəti mövsüm medallar uğrunda mübarizə aparmaq, premyerliqaya vəsiqə qazanmaq istəyirik. Çalışacağam ki, “Tərəqqi” qabiliyyətli və idmançı keyfiyyətlərinə malik futbolçuların yetişməsində Gəncə futboluna öz töhfəsini versin.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu