Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Gürcüstan çempionu “Zestafoni”nin kapitanı Tornike Aptsiauri Qol.Az-a müsahibə verib
- “Neftçi” ilə oyunun hazırlığı necə gedir?
- Hazırda Avstriyadayıq, Tirolda. Hər şey qaydasında və yüksək səviyyədədir. Axşam Rumıniyanın “Astra” klubu ilə yoxlama oyunumuz var.
- İlk mərhələdə “Neftçi” ilə üz-üzə gələcəksiniz. Püşkə münasibətin necədir?
- Normal. Bundan da güclü rəqib düşə bilərdi. Eyni zamanda, daha zəif rəqiblə də qarşılaşmaq olardı. Artıq bunu müzakirə etmək heç nəyi dəyişməyəcək. Püşk atılıb, rəqib məlumdur. Sadəcə, çıxıb oynamaq lazımdır.
- Şansları necə dəyərləndirirsən? Yəqin ki, xəbərin var, çoxları bu cütlükdə “Neftçi”ni favorit görür...
- Bu, normaldı. Çünki “Neftçi”nin heyətində güclü legionerlər çıxış edir. Ümumiyyətlə, Azərbaycanda çıxış etdiyim dönəmlərdən bu komandanı tanıyıram və gücünə bələdəm.
- Yeri gəlmişkən, özün də dedin ki, Azərbaycanda futbol oynamısan, "Qəbələ"nin kapitan sarğısını daşımısan. Deməli, “Neftçi” haqqında müəyyən məlumatları da baş məşqçinizə ötürmüsən...
- (gülür) Mən Azərbaycanda 3 il bundan qabaq çıxış etmişəm. Aradan keçən müddətdə “Neftçi”nin heyəti 3 dəfə dəyişib.
- Rəqibinizdən daha çox hansı xüsusiyyətinə görə çəkinirsiniz?
- Prinsipcə, ümumiyyətlə, çəkinmirik. “Neftçi”dən nəyə görə çəkinməliyik? Bəli, onların büdcələri çoxdur, heyətlərində bahalı futbolçular var, favorit sayılırlar. Ancaq bu, bizim onlardan çəkinməyimizə əsas vermir. Çıxıb öz oyunumuzu oynayacağıq. Kim güclüdür, qoy, o da qalib gəlsin.
- Azərbaycanda keçirdiyin günləri necə xatırlayırsan?
- Əla. Bildiyiniz kimi, mən “Qəbələ”də forma geyinmişəm. O vaxt bizim çox yaxşı komandamız var idi. Heyf ki, çempionatda yer tuta bilmədik.
- “Qəbələ”nin hazırkı çıxışlarını izləyirsən?
- İmkan daxilində internet vasitəsilə nəticələrlə maraqlanıram.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı