“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Sloveniyadakı təlim-məşq prosesinizdən razı qaldınız?
- Bəli, komanda çox gözəl hazırlaşdı. Həmçinin keçirdiyimiz bir neçə yoldaşlıq görüşü də xeyrimizə oldu. Məncə, bu yoldaşlıq görüşləri komandanın oyun praktikasının itməməsinə çox kömək etdi. Hazırda sizinlə Avstriyadan danışıram. İndi Bakıya qayıdırıq.
- Avroliqadakı ilk rəqibiniz bir müddət əvvəl 4:0 hesabıyla məğlub etdiyiniz Sloveniyanın “Mura” klubu oldu. Ümumiyyətlə, bu komandanın potensialı haqda nə deyə bilərsən?
- Düzdü, “Mura”ya qalib gəldik. Lakin sloveniyalılar bizdən bir gün öncə də yoldaşlıq görüşü keçirmişdilər. Ancaq əsas heyət üzvlərinin 6-7 futbolçuları oynamadı. Düzünü deyim ki, çətin olacaq. Lakin çalışacağıq ki, bu klubla ilk mərhələdəki qarşılaşmada maksimum nəticə göstərək.
- Necə düşünürsən, rəqibinizin hansı xüsusi özəlliklərindən ehtiyatlanmaq lazımdır?
- Bu barədə hələ heç bir bilgimiz yoxdur. Lakin baş məşqçimiz hər şeyi daha yaxşı bilir. Yəqin ki, Bakıda bütün bu məsələlərdə komandaya göstərişlərini verəcək. Hər şeyə rəğmən deyə bilərəm ki, çox yaxşı komandadır. Belə götürəndə Avroliqada zəif komanda olmur. Bu turnirə vəsiqə qazanıbsa, deməli, layiqli rəqibdir.
- İlk oyunun Bakıda keçirilməsi sizə nə kimi üstünlük verə bilər?
- Biz birinci oyunu Sloveniyada oynamaq istəyirdik. Çünki təkrar evə dönüb, təzədən geri qayıtmaq yol yorğunluğuna səbəb olacaq. Ancaq nə etmək olar. Çalışacağıq ki, cütün taleyini Bakıda həll edib səfərdəki oyuna bir qədər rahat çıxaq.
- Bəs, sən real olaraq şanslarınızı necə görürsən?
- Şanslar bərabərdir. Çünki rəqib ilk qarşılaşmada hücumdan daha çox müdafiə olmağı düşünəcək.
- Səncə, komandanıza transfer edilən legionerlər uğurlu çıxış üçün kifayət edəcək?
- Yeni oyunçularımız çox səviyyəlidir. İnanıram ki, onlar komandanın Avroliqada uğurlu çıxış etməsinə kömək edəcəklər. Lakin hər şey üçün müəyyən bir vaxt lazımdır. Bu məsələ 1-2 oyunla həll olunmur.
- Özün haqda nə deyərdin? Artıq optimal formanı bərpa etdiyini söyləmək olar?
- Demək olar ki, səksən faiz əsas formamı bərpa etmişəm. Məncə, bu yarışmada komandama istənilən kimi kömək edə biləcəyəm.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video