“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi
- Öncə, Türkiyədə keçirdiyiniz təlim-məşq toplanışı barədə fikirlərini bilmək istərdik...
- Birincisi, deyə bilərəm ki, təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdur. Həftədə iki dəfə müxtəlif komandalarla yoldaşlıq görüşləri keçirirdik. Eyni zamanda, gündə iki dəfə məşqlərimiz olurdu. İnşallah, növbəti təlim-məşq toplanışı Avstriyada təşkil olunacaq. İyul ayının 1-dəvyola düşəcəyik. Planlaşdırılıb ki, həmin ölkədə də ən azı üç güclü komandayla yoldaşlıq oyunu keçirilsin.
- Türkiyədəki yoldaşlıq görüşlərinin birində Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzdunuz. Bu cür məğlubiyyəti nə ilə əlaqələndirərdin?
- Gün ərzində iki dəfə ağır məşqlər keçirdik. Həmin qarşılaşma öncəsi də, iki ağır məşqimiz olmuşdu. Yəni, uşaqlarda həddindən artıq yorğunluq var idi. Məncə, böyükhesablı məğlubiyyətə əsas səbəb də elə bu oldu. İlk hissədə komandamız yaxşı oynasa da, sonradan üstünlüyü qoruya bilmədik. Həmçinin, bəzi yerli gənc futbolçular da, baş məşqçi tərəfindən yoxlanıldı. Bir də ki, bu, məşqçimizin taktikası oldu. Belə ki, futbolçuları öncə fiziki cəhətdən yükləyib sonra oynatmaq istəyirdi.
- Çempionlar Liqasındakı rəqibiniz “Zestafoni oldu. Rəqibinizin potensialını necə dəyərləndirirsən?
- Püşkatma zamanı çox həyacanlı idim. Həmin potensial rəqiblər içərisində bizə uyğun olanı məhz, “Zestafoni” hesab edilirdi. Mən “Simurq”da çıxış edən zaman onlarla yoxlama görüşü çərçivəsində iki dəfə üz-üzə gəlmişəm. “Zestafone” elə-belə komanda deyil ki, “Neftçi”nin bəxtinin gətirdiyini deyək. Hamımız çox ciddi çalışırıq və üzərimizə düşən məsuliyyəti gözəl anlayırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə ilə azarkeşlərimizi sevindirək.
- Necə düşünürsən, “Zestafoni”ylə qarşılaşmaya qədər heyətinizi tam komplektləşdirə biləcəksiniz? Çünki mövsüm başa çatandan sonra bir sıra aparıcı futbolçular klubu tərk etdi.
- Düzdür, bir çox əsas futbolçularımız digər klublarda forma geyinəcəklər. Doğurdan da, həmin futbolçular çox güclü idi, iki il idi bir yerdə oynayırdıq. Lakin heyətimizdə onları əvəzləyə biləcək kifayət qədər gənc futbolçularımız var. Əgər komanda yaxşı hazırlaşarsa, bu amilin bizə o qədər də, təsir etməyəcəyini düşünürəm.
- “Neftçi”nin hücum xəttinin əsas silahlarından hesab edilən Bahadır Nəsimovun yoxluğu komandanızın çıxışına nə dərəcəcə təsir edə bilər?
- Bahadır komandanın ən aparıcı futbolçularından hesab edilir. Əbəs yerə çempionatın bombardiri olmayıb. Onun zədələnməsinə hər birimiz pis olduq. Doğurdan da böyük itki sayıla bilər. Lakin futbolda belə hallar olur. İnanıram ki, yeni gələn Çili yığmasının hücumçusu Kanales Bahadırı layiqincə əvəzləyə biləcək.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video