Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” komandasının rəqibi Gürcüstanın “Zestafoni” klubunu dəyərləndirməyinizi istərdim.
- “Zestafoni” dalbadal iki ildir, ölkə cempionu adına layiq görülüb. Bu isə çox şeydən xəbər verir. Bir də ki, onların avrokuboklardakı çıxışlarına diqqət yetirsək görərik ki, ilk mərhələləri çox asanlıqla keçməyi bacarıblar. Ümumiyyyətlə, Gürcüstan futboluna bələd olan insanlar yaxşı bilirlər ki, həmin ölkədə yaxşı futbolçular olub və və indi də yetişməkdədir. Dünyanın bir çox ölkəsinin klublarında gürcü futbolçulara rast gəlmək olar. Bir sözlə, “Neftçi” bu mübarizəyə mükəmməl hazırlaşmalıdır Fikirləşməsinlər ki, gürcü klubunu asanlıqla keçəcəklər. Əgər hazırlığı yaxşı keçməsə, “Neftçi” üçün ağır ola bilər. . Düzdü, bildiyimə görə, heyətin bir çox əsas futbolçusu gedim, amma yerlərinə kifayət qədər oyunçu hələ tam olaraq alınmayıb. İnanıram ki, yaxın zamanda bu problemi də aradan qaldıracaqlar.
- Bəs, “Neftçi”nin mərhələ adlamaq şansları haqda nə deyərdiniz? “Neftçi”nin ilk oyunu evdə keçirməsinin nə kimi faydası ola bilər?
- Çoxdandır ki, biz Çempionlar Liqasında ilk mərhələni adlaya bilmirik. İlk növbədə, məsuliyyətli olmalı və rəqibə heç bir şans verməməlidir. Hər şey öz əllərində olacaq. Doğma meydan amilinə gəldikdə, əgər komanda yaxşı hazırlaşsa, bunun fərqi yoxdur. Lakin bir problem ola bilər. “Neftçi” ev oyununu süni meydançada keçirəcək. Bu isə oyunun keyfiyyəti baxımından heç də hər bir klub üçün əlverişli hesab edilmir. Qarşılaşmanın keyfiyyəti itsə, istədiyin oyunu sərgiləyə bilməyəcəksən. Gərək, “Neftçi” Bakıda rəqibin qapısından 2-3 top keçirə ki, səfərdə rahat oynasın. Bir söz də deyim ki, yaradıcı futbol ağırdır, nəinki, dağıdıcı.
- “Bakı” Avroliqada rəqibi olan Sloveniya “Mura”sını yoldaşlıq görüşündə böyük hesabla məğlub etmişdi. İndi hər kəs onların ikinci mərhələyə asanlıqla keçəcəyini söyləyir. Bəs, siz necə düşünürsünüz?
- Mən mətbuatdan oxudum ki, klubun vitse-prezidenti Zeynal Məmmədovun “Mura”nın əvəzedici heyətiylə oynadıqlarını deyib. Onun fikriylə razıyam. Zeynal müəllim futbolçuların sakitləşməsi, eyforiyaya qapılmaması üçün bu sözləri deyib. Bunu çox ağıllı fikir kimi qəbul edirəm. Yoldaşlıq görüşü ayrı, avrokubok qarşılaşmaları tamam ayrı bir şeydir. Ancaq mənə xoş gələn bir şey var ki, “Bakı”nın heyətində kifayət qədər səviyyəli və artıq avrokubok təcrübəsi yaşamış futbolçular da çoxluq təşkil edir. Lakin bununla belə, mən inanmıram ki, “Bakı”nı Sloveniya təmsilçisiylə asan oyun gözləyir. Əgər klublarımız öz oyunlarını ortaya qoya bilsələr, növbəti mərhələyə keçə biləcəklər.
- Avroliqadakı digər təmsilçilərimiz “İnter” və “Xəzər Lənkəran” klubları haqda nə düşünürsünüz? Mütəxəssislərin çoxu onlara daha asan rəqib düşdüyünü söyləyir. Bu fikirlə razısınız?
- Biz söyləyirik ki, eston klublarını məğlub etmək asand olacaq. Xeyr, mən bununla razı deyiləm. Əvalla, Estoniyada futbol son illər yüksək inkişaf edir. Digər tərəfdən, onların ölkə çempionatları davam edir. Bu isə əlavə üstünlük deməkdir. Yəni oyun praktikası baxımından rəqibin heç bir problemi olmayacaq. Dediyim odur ki, Estoniya təmsilçiləri heç də zəif deyillər. Lakin hər şeyə rəğmən hər üç təmsilçimizin ikinci mərhələyə keçəcəyinə inanıram.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı