“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Qol.Az-a müsahibəsində paytaxt klubunun Çempionlar Liqasında Gürcüstan “Zestafone”si ilə keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb
- ÇL-də püşkün nəticəsini “Neftçi” üçün necə dəyərləndirirsiniz?
- Münasib rəqib düşüb.
- Ancaq “Zestafone”yə yanaşma başqadır. Bir qrup futbolsevər “Neftçi”nin bu rəqibi asanlıqla keçəcəyini düşünür. Bir qrup isə pulun, bücənin hər şeyi həll etmədiyi qənaətindədir...
- Biz səbətlərə görə fikirlərimizi bölüşürük. Yəni, bu gün Gürcüstan klubu deyək ki, BATE, “Bazel”, “Dinamo” (Zaqreb) klubları ilə müqayisədə reytinqi aşağı hesab olunur. Ancaq bu o demək deyil ki, “Neftçi”nin işi asan olacaq.
- İlk matç Bakıda olacaq. Şəxsən sizin üçün bu faktorun əhəmiyyəti var?
- Mənə görə, belə şeylərin heç bir əhəmiyyəti yoxdur. Onsuz da bu rəqiblə iki dəfə oynayacaqsan - orada və burada. Biz keçən il Zaqreb “Dinamo”suyla düşəndə fikirləşdik ki, ilk oyunun səfərdə olması yaxşıdır, sərfəli nəticə ilə geri qayıda bilərik. Ancaq getdik, böyük hesabla uduzduq.
- Estoniya və Sloveniya ilə müqayisədə Gürcüstanın ərazi baxımından bizə xeyli yaxın olması ”Neftçi” üçün üstünlük sayıla bilər?
- İndi o zəmanə deyil ki, avtobusla harasa 2 sutka yol gedəsən. Təyyarəyə əyləşirsən, 2-3 saatdan sonra lazım olan ünvana çatırsan. Bu mənada, “Neftçi”nin digər klublardan hansısa üstünlüyü yoxdur.
- Bəs, azarkeş amili baxımından necə? Hər halda “İnter”, “Xəzər Lənkəran” azarkeşi buradan Estoniyaya rahatlıqla yollana bilməz. Ancaq “Neftçi”ni dəstəkləmək istəyən istənilən şəxs maşınla 5-6 saat yol qət edib Gürcüstana gedə bilər...
- Bəli, bu məsələdə “Neftçi”nin bəxti gətirib. Onu da unutmayaq ki, Grücüstanda xeyli sayda azərbaycanlı yaşayır və onlar da gəlib, “Neftçi”ni dəstəkləyəcək.
- Qısaca, digər klublarımızın da şanslarını dəyərləndirərdiniz.
- Ümumiyyətlə, düşünmək olmaz ki, oyunlar bizim üçün asan keçəcək. Çünki biz onlarla qarşılışmağımıza necə seviniriksə, estonlar, gürcülər də sevinir ki, Azərbaycan klubu ilə düşmüşük. Belə götürəndə, yalnız Estoniya klub futboluna görə bizdən geridədir. Gürcülər maddi cəhətdən bizdən geri qalsalar da, klub futbolunda həmişə güclü olublar. Sloveniyaya gəlincə, keçmiş Yuqoslaviya, Balkan ölkələri həmişə fərqli futbol oynayıblar.
- “Neftçi”yə “Zestafone”nin rəqib olduğunu görüncə, bir anlıq təəssüf hissi keçirmədiniz ki, “kaş ki, mənə də ötən il belə rəqib düşərdi”?
- Qismət, neyləmək olar? Əlbəttə, mən də istəyirdim ki, daha münasib rəqiblə düşək, mərhələ keçək, amma qismət elə gətirdi ki, ən güclü rəqib bizim bəxtimizə düşdü.
Anar XANLAROV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda