“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Bir çoxları ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin rəqibi “Zestafoni”ni dişinə görə olduğunu söyləyir. Avroliqada təcrübəsi olan bir futbolçu kimi sən necə düşünürsən?
- “Zestafoni” keçilməs rəqib deyil. Yəni nə güclü, nə də zəifdir. Həmçinin də Gürcüstan bizə qonşu ölkə olduğundan onların oyun üslubları və futbolçularını yaxşı tanıyırıq. Ona görə də “Neftçi”nin öhdəsinə düşən vacib məsələ rəqiblərini yaxşı təhlil etməkdir. Bunun lazımınca etsələr, “Zestafoni” səddini keçə biləcəklər.
- Keçən il “Zestafoni” Avroliqa “Qarabağ”ın rəqibi olan “Brügge”ilə 3:3 hesabıyla bərabərə qalmışdı. Oyundan sonra “Brügge”nin baş məşqçisi gürcü komandasının “Qarabağ”dan daha güclü olduğunu demişdi...
- Ola bilər ki, oyunun gedişatı belə bir hesabın qeydə alınmasına təsir etmişdi. Biz belçikalılarla da mübarizə apararaq Bakıda onları məğlub etməyi bacarmışdıq. O ki qaldı Belçika klubunun məşqçisinin dediklərinə, yəqin, onlar bizi ilk qarşılaşmada böyükhesabla məğlub etdikləri üçün belə fikri söyləyib. Fikrimcə, “Brügge” oyunanılacaq bir komanda idi. Sadəcə, bir az bəxtimiz gətirmədi. Lakin “Zestafoni” Belçika klubundan qat-qat aşağı səviyyəli komandadır. Düşünürəm ki, “Neftçi” onları məğlub edərək mərhələ adlaya biləcək. Heyətinə qatdığı güclü və səviyyəli futbolçular da buna işarədir.
- Avroliqada yarışacaq “Bakı” və onun rəqibi Slaveniyanın “Mura” komandası haqda nə deyə bilərsən? Ümumiyyətlə, təmsilçimizin mərhələ adlamaq şanslarını necə görürsən?
- İlk mərhələdəki rəqiblər onsuz da güclü olmurlar. “Mura” güclü və tanınmış komanda hesab edilmir. “Bakı”nın heyətindəki futbolçulara, bazasına və potensialına baxanda, “Mura” çox geri qalır. Düzdü, Sloveniyadakı yoldaşlıq görüşündə onları 4:0 hesabıyla məğlub etmişdilər. Lakin buna əsaslanaraq rahatlaşmamalıdırlar. Çünki futbol arxayınçılığı sevmir. Təsadufi deyil ki, iki il əvvəl Avroliqada “Xəzər Lənkəran” büdcəsi az olan və o qədər də güclü sayılmayan Moldovanın “Olimpiya” klubuna uduzdu. Amma hər kəs “Xəzər Lənkəran”ı fovarit görürdü. Yəni heç bir klubumuza arxayınlaşmaq olmaz. Ancaq “Bakı”nın növbəti mərhələyə keçəcəyini düşünürəm.
- Bəs, “İnter” və “Xəzər Lənkəran”ın şanslarını necə qiymətləndirirsən? Klublarımızdan biri ilk oyununun evdə, digəri isə səfərdə oynayacaq.
- Fikrimcə, ilk qarşılaşmanı səfərdə keçirmək daha yaxşıdır. Çünki hansı klubun nəyə qadir olduğunu və rəqibinin çıxışını daha dəqiq analiz edə bilirsən. Təkrar görüşdə isə buna uyğun taktika seçərək, qalib gəlmək asan olur. Estoniya klubları güclü deyillər. Lakin bu, klublarımıza arxayınlaşmağa əsas verməməlidir.
- Avrokuboklarda ölkəmizi təmsil edəcək hansı klublarımızın ilk mərhələni keçə biləcəyinə daha çox inanırsan?
- Bütün komandalarımızın növbəti mərhələyə adlamaq şansları var. Lakin “Bakı” və “Neftçi”nin ilk mərhələni keçə biləcəklərinə daha çox inanıram.
- Avroliqa dalbadal üç il iştirak etmisən. Hazırda bu yarışı qıraqdan izləmək sənə necə təsir edir?
- Doğrudan da, Avropada oynamamaq pisimizə gəlir. O mühitdən kənar qalmaq üzücüdür. Lakin Avroliqada iştirak edə bilməsəm də, yaxşıca dincələ bildim. Hələ belə rahat dincəlməmişdim. İnanıram ki, bu amil çempionatda yaxşı çıxış etməyimizə çox kömək olacaq. Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublarımıza uğurlar arzulayıram.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi