Milli komandanın sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- İlk növbədə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin rəqibi “Zestafoni” klubu haqda fikirlərinizi bilmək istərdim.
- Beş potensial rəqib içərisində ən güclüsü olmasa da, hər halda Gürcüstan çempionudur. Düzü, onları zəif hesab etmək düzgün olmazdı. “Neftçi”nin dişinə görə rəqibdir. “Zestafoni”ni keçmək olar. Lakin bunun üçün gərək böyük qüvvə sərf edəsən. Əlbəttə, onları bir ayaqla oynamaqla keçmək mümkün deyil. Gürcü klubunun iki il ard-arda ölkə çempionluğunu yaşaması, onların oturuşmuş heyətə malik olmasından xəbər verir.
- Bir mütəxəssis kimi “Zestafoni”ni keçməyin yolunu nədə görürsünüz?
- İlk olaraq rəqibi bütünlüklə analiz etmək lazımdır. Onların bir çox oyunlarının video yazısını əldə edərək, təhlillər aparmaq gərəkdir. Bir sözlə, “Zestafoni” haqda bütün məlumatlar baş məşqçidə olmalıdır. Hətta komandanın futbolçuları barəsində ayrı-ayrılıqda bilgiyə sahib olmalıyıq. Bunu öhdəsindən gəlmək, qələbənin əlli faizini qazanmaq deməkdir.
- “Bakı” rəhbərliyi avrokuboklarda ən güclü rəqibin məhz onlara düşdüyündən gileylənib. Siz necə düşünürsünüz?
- Əgər, rəhbərlik söyləyirsə ki, bu səddi keçmək onlara asan başa gəlməyəcək, deməli, torbada pişik var. “Bakı” yoxlama oyununda bu rəqibinə qalib gəlmişdi. Amma unutmayaq ki, həmin komandayla görüş yalnız bir sparrinq qarşılaşması idi. Sloveniyalılar ikinci heyətlə meydana çıxıb yeni futbolçularını da sınaqdan çıxara bilərdi. Bir sözlə, yoldaşlıq görüşündə qələbə qazanmaq hələ o demək deyil ki, “Bakı”nın “Mura” səddini keçəcək.
- Digər klublarımız “İnter” və “Xəzər Lənkəran” klubları haqda nə düşünürsünüz? Ümumiyyətlə, komandalarımızın mərhələ adlamaq şansları nə qədərdir?
- Bizim təmsilçilərimiz tam məsuliyyətlə, daha artıq güc sərf edib mübarizə aparmalıdır. Fikrimcə, “Neftçi” və “Bakı”nın rəqiblərindən fərqli olaraq, “İnter” və “Xəzər Lənkəran”a nisbətən münasib rəqiblər düşüb. Klub səviyyəsində estonlar Azərbaycan komandalarından üstün deyillər. Ona görə də, estonları məğlub etmək olar.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində